Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (20-05-2015, 16:10)
“Bu “üzlük” əməliyyatı ölkə büdcəsinə 800-900 mln. dollara başa gələcək”

 

Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli Bakıda “penoplas” üzlüklü 1500-ə yaxın bina olduğu haqda açıqlama verib.
Muxalifet.az xəbər verir ki, o, hər bir binanın üzlənməsinə 300-400 min manat xərcləndiyini bildirib:
“Ölkə böyük neft pulları dövrünü yelə verdi, yerdən çıxardığı neməti, "təmir-tikinti" adı ilə yenidən yerə gömdü, zaman, resurs, ən faciəlisi də budur ki, insanlarımızın həyatını itirdik.
Bəzi məlumalara görə, ölkədə 800-1500 arası bina həmin o keyfiyyətsiz, insan sağlamlığı üçün təhlükəli, yanğına həssas materiallarla üzlənib. Hər bir binanın üzlənməsi 300-400 min manata başa gəlir, indi də üzlükləri sökürlər, yeni üzlüklər vuracaqlar, yəni, təxminən bir o qədər də vəsait yenidən xərclənəcək. Üzlük vurulma zamanı korrupsiyanı, büdcə yeyintisini qoyuram bir qırağa, bu ayrı cinayətdir, təxmini hesablamalara görə bu “üzlük” əməliyyatı ölkə büdcəsinə 800-900 mln. dollara başa gələcək. Yaxşı, bu itirilmiş vəsaitin məsuliyyəti kimin üzərindədir? Hökumətdə oturan sovet kafalar özləri heç nə başa düşmürlərsə, iş görə bilmirlərsə, bu 20 ildə heç olmasa, savadlı kadr ordusu yaradardılar! 900 mln. dollar vəsaitə, təxminən, 18.000 gənci ABŞ-da, Avropada oxutdurmaq olardı! Təsəvvür edin ki, insanları öldürən penoplastin puluna, bu qədər savadlı kadr qazanmaq mümkün olardı! O savadlı kadrlar da bu savadsız hökumətə turizm necə olur, bina necə tikilir, şəhər necə salınır, dövlət investisiyası ilə əlavə dəyər necə yaradılır – bütün bunları öyrədərdilər, yəni, heç olmasa, özlərinə kadr yetişdirərdilər ki, həm ölkə üçün də xeyirli olardı, həm də bu hökumət tarixə qovuşandan sonra, o kadrlardan daha effektiv bizlər də istifadə edərdik! Etmədilər, səbəbi çox sadədir: vizionu olmayan, dar düşünən, savadsız bir hökumətimiz var!”

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024