Hadisə (19-05-2015, 13:44)
"Yanğınsondürənlər yanan binanın heç aşağı mərtəbələrinə su çatdıra bilmir”
Müsavat başqanı: “Yanğınsondürənlər sanki ot tayası kimi yanan nəhəng binanın heç aşağı mərtəbələrinə su çatdıra bilmir”
Bakıda dalbadal baş verən bina yanğınları bütün ictimaiyyəti, o cümlədən, siyasi xadimləri də narahat edir. Əvvəl Fəhlə Prospektində, dərhal sonra da 8 –ci mikrorayonda, vurulan alkapon üzlüklər səbəbindən yanan binalar hər kəsi narahat etməkdədir.
Bu sırada Müsavat Partiyasının başqanı Arif Hacılı da var. Onun Facebook üzərindən hadisəyə dair paylaşdığı yazı diqqətimizi cəlb etdi.
Yanğını yaxın məsafədən bilavasitə müşahidə edən Müsavat başqanı Arif Hacılı yazır:
"8-ci mikrorayonda 16 mərtəbəli bina yanır. Yenə də asan yanan üzlüklü bina qısa müddət ərzində yanıb külə döndü. Yanğınsondürənlər sanki ot tayası kimi yanan nəhəng binanın heç aşağı mərtəbələrinə su çatdıra bilmir.
Belə aydın olur ki, hakimiyyət binaları asan alışan və sürətlə yanan örtüklərlə bəzəməklə 10 minlərlə vətəndaşın həyatını, əmlakını təhlükəyə məruz qoyub.
İnsanları təhlükədən qorumaq üçün təcilli tədbirlər görülməli, belə vəziyyətin yaranmasında təqsirkar olanlar cəzalandırılmalıdır".
Müsavat.com
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024