Hadisə (16-03-2014, 17:22)
Salyan Ziyalılar Birliyinin sədri özünü güllələyərək öldürdü
Bu gün Salyan rayonunda intihar hadisəsi baş verib. Salyan Ziyalılar Birliyinin sədri özünü güllələyərək öldürüb.
“Mediatv.az” xəbər verir ki, Virtualaz.org saytı müxbirinin Salyandakı mənbələrdən əldə etdiyi xəbərə görə, hadisə martın 16-da günorta saatlarında baş verib. Salyan Ziyalılar Birliyinin sədri Qulam Sadıqov yaşadığı evdə özünü ov tüfəngi ilə güllələyib. O, ürəyinə atəş açıb.
Xəbərdə deyilir ki, 1946-cı il təvəllüdlü Qulam Sadıqov həm də Salyan Rayon Təhsil Şöbəsinin keçmiş müdiri idi. Qulam Sadıqov Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə kitabın müəllifi idi.
Qulam Sadıqovun özünü öldürməsinin səbəblərinə gəlincə isə intihara səbəb kimi onun ağır xəstəliyi göstərilir. Mərhumun başında şiş varmış və buna görə iki il qabaq əməliyyat da olunubmuş. Onun son vaxtlar xəstəlikdən daha çox əziyyət çəkdiyi bildirilir.