Hadisə (28-04-2015, 14:37)
Şantajla həbs olunan hüquq müdafiəçisindən yeni xəbər - VİDEO
Xəbər verildiyi kimi, Şirvan şəhər polisi saxta hüquq müdafiəçisini yaxalayıb. Onun vətəndaşlardan şantaj və aldatma yolu ilə pul aldığı üzə çıxıb.
Vətəndaşların çoxsaylı şikayətləri nəzərə alınaraq, Şirvan şəhərində fəaliyyət göstərən "Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi” İctimai Birliyinin sədri, 45 yaşlı Azad Vəlyəddin oğlu İskəndərli həbs edilib. Saxlanılan şəxs hüquqi təhsili olmadığı halda, vətəndaşlara özünü hüquq müdafiəçisi kimi təqdim edərək, qanunsuz vəkil xidmətləri göstərib. Bundan başqa, o, dələduzluq edərək vətəndaşları şantaj edib, onlardan pul tələb edib.
İbrahim Qasımov- zərərçəkən: "Hansısa 1 vaxt eşitdim ki, Azad İsgəndərli adlı bir şəxs yaxınlaşıb işçilərədən sənədlər istəyib. Özünü hüquq müdafiəçisi kimi təqdim edərək, gördüyü işləri təqdim edib. Deyib ki, siz mənə aylıq pul verməlisiniz. Pul vermirsinzsə belə şantaj edəcəm. İnternetdə biabır edəcəm. Ondan sonra da mən orqanlarımıza müraciət etdim”.
Bundan başqa, o, Salyan rayon Bəşirbəyli kənd sakin Seymur Həşimovdan 1200, Bakı şəhəri, Suraxanı rayon sakinləri Nazilə və onun övladları Simrand ilə İlkin Dəmirovlardan 4 min 350 manat məbləğində pulu aldatma yolu ilə alıb.
Azad İskəndərli - saxlanılan şəxs: "Özümü təqsirli hesab etmirəm. Hamı ilə müqavilə bağlamışam, əlimdə sənədlər var. Nümayəndə kimi məhkəmələrdə iştirak etmişəm. Hüquq təhsilim yoxdur, amma hal-hazırda oxuyuram. Mən vəkillik etmirəm, hüquqi xidmətlər göstərirəm, qanunvericiliyə uyğun olaraq".
Anar Bayramov- müstəntiq : "İsgəndərli Azad Vəlyəddin oğlunun respublika ərazisində başqa vətəndaşları aldatma ehtimalları olduğundan belə şəxslər olarsa onlardan Azərbaycan Respublikası DİN-nin Şirvan Polis şöbəsinə müraciət etmələri xahiş olunur”.
Bildirək ki, Azad İsgəndərli bundan əvvəl 3 il 6 ay müddətində həbsxanada olub (Region TV).
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024