Hadisə (21-04-2015, 13:10)
“Bakcell“ tələbələr üçün müxtəlif imkanlar yaradır
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkətinin əməkdaşları universitet tələbələri ilə növbəti görüş keçiriblər
Şirkətdən PİA.AZ-a verilən məlumata görə, Azərbaycan Dövlət İqtisad Universitetində təşkil olunan görüşdə “SABAH” qrupuna daxil olan müxtəlif universitetlərdən olan tələbələr iştirak ediblər.
Görüş zamanı "Bakcell" şirkətinin kadrlar şöbəsinin əməkdaşları tələbələr üçün nəzərdə tutulmuş “Smart Start” təcrübə proqramı barədə məlumat verməklə yanaşı, CV hazırlanması və iş müsahibələrinə hazırlıq prosesi barədə ətraflı məlumat və məsləhətlər veriblər.
Karyerasına başlamaq və ilkin iş təcrübəsinin olmaması səbəbindən işə düzəlməkdə çətinlik çəkən tələbə və məzunlar üçün nəzərdə tutulmuş “Smart Start” proqramı iş mühiti ilə tanış olmaq, praktiki təcrübəyə yiyələnmək və işə hazırlıq bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür. Təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün Bakcell onlara müvafiq məbləğdə təqaüd verir. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətlənirilir və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunurlar. ”Smart Start” proqramı barədə daha ətraflı məlumatı http://www.bakcell.com/az/student-opportunities səhifəsindən əldə etmək olar.
Bununla yanaşı, tələbələrə Azərbaycan dilində mobil applikasiyaların yaranmasını dəstəkləyən "Applab" proqramı və gənclər üçün geniş imkanlar yaradan digər layihələr barədə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.
“Applab” layihəsinin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirməsinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqetmələr yaratmalarına kömək göstərən effektiv alətlərin təmin edilməsidir. “Applab” proqramına qoşulmaq çox asandır. Bunun üçünhttp://www.bakcell.com/az/join-applab səhifəsinə daxil olub ərizə formasını doldurmaq yetərlidir.
Qeyd edək ki, bu görüşdən bir həftə öncə "Bakcell" əməkdaşları Azərbaycan Universitetinin tələbələri ilə də görüş keçiriblər. Tələbələrin xüsusi maraqlarını nəzərə alaraq "Bakcell" şirkəti belə görüşləri davamlı şəkildə digər təhsil ocaqlarında da keçirməyi planlaşdırır.
* * *
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. "Bakcell" Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan "Bakcell" ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
"Bakcell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan "Bakcell" şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.
"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçünwww.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçünwww.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə "Bakcell"in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024