Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (7-11-2014, 18:40)
Bakcell uşaqların sosial reabilitasiyasına dəstək göstərir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycana Birgə Yardım(UAFA) təşkilatı ilə birlikdəyeni layihəyə başlayıb

 

Layihə çərçivəsində əlilliyi olan uşaqların sosial ünsiyyət bacarıqlarının artırılması ilə yanaşı, onlara sosial reabilitasiya xidmətləri də göstəriləcək. Bu, “Bakcell”in UAFA ilə birgə son 4 il ərzində həyata keçirildiyi uğurlu layihələrin davamıdır.
UAFA-nın yerli mərkəzləri tərəfindən (Bakının Yasamal rayounu, Xaçmaz rayonu, Gəncə şəhəri) uşaqlar üçün təşkil olunan tədbirlər onların ehtiyac və maraqlarına əsaslanır. Bu tədbirlərə teatr, rəqs, rəssamlıq, rəqs, foto, kompüter və idman kursları daxildir. Kurslar uşaq inkişafı üzrə peşəkar mütəxəssislər tərəfindən aparılacaq, bəzi hallarda dərslərin keçirilməsində valideynlər də könüllü kimi iştirak edəcəklər. 
Layihə ümumilikdə 250-dən çox uşağı əhatə edəcək. 
Bakcell və UAFA arasında əməkdaşlıq 2010-cu ildən başlayıb. Bu illər ərzində qayğıya ehtiyacı olan yüzlərlə uşaq və yeniyetmə idman, rəqs, dram, incəsənət, kompüter, fotoqrafiya dərnəkləri vasitəsilə onların həyatında önəmli dəyişikliklər yaradacaq müxtəlif bacarıqlara yiyələniblər. 
Artıq onlar vaxtlarının əksər hissəsini evdə, cəmiyyətdən təcrid olunaraq deyil, müxtəlif tədbirlərdə və gəzintilərdə, təlimlərdə keçirirlər. İndi onlar şəhər və rayon əhəmiyyətli bütün tədbirlərə dəvət alırlar, müsabiqə və çempionatlarda iştirak edirlər. Ötən 4 il ərzində Bakcell və UAFA-nın birgə layihəsi çərçivəsində reabilitasiya xidmətlərindən bəhrələnən Nurlan və Əli Babacanovlar pauerliftinq üzrə şəhər, ölkə, Avropa çempionları adlarını qazanıblar və hədəfləri paraolimpiya çempionu olmaqdır. 
Müxtəlif dərnəklər kimi reabilitasiya xidmətləri də İcma Əsaslı Reabilitasiya (İƏR) Proqramının bir komponentidir və əlilliyi olan uşaqlar və onların ailələri üçün imkanların artırılmasında icmanı səfərbər edir. 
UAFA mərkəzlərində göstərilən İƏR xidmətləri funksional bacarıqların bərpa edilməsinə yönəlib. Uşaqlarda inkişaf geriliyini vaxtında aradan qaldırmaqda məqsəd əlilliyin daha ağır formaya keçməsinə əngəl olmaqdır. 
“Bakcell stars” Korporativ Məsuliyyət Proqramı qayğıya ehtiyacı olan uşaqlar üçün bütün imkanların yaradılması məqsədilə səylərini davam etdirir. 
***
Bakcell haqqında 
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. 
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. 
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 2000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir. 
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. 
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər. 
шаблоны для dle 11.2

Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024