Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (21-03-2015, 18:26)
Martın 19-da Kürdəmirdə qəza keçirən daha 2 nəfər vəfat edib

Martın 19-da Kürdəmirdə baş verən yol qəzasında xəsarət alanlardan daha 2 nəfər dünyasını dəyişib.

 

APA-nın yerli bürosunun məlumatına görə, ağır xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdirilən Şəmkir rayon sakini, “VAZ” markalı maşının sürücüsü, 54 yaşlı Qəhrəmanov Qəhrəman İlyas oğlu və onun həmyerlisi 24 yaşlı Qəhrəmanova Arzu Qəhrəman qızı xəstəxanada dünyasını dəyişiblər.

Digər yaralılar - 20 yaşlı Məmmədova Nəsibə Zaman qızı müalicə olunmaq üçün Bakıya aparılıb. 27 yaşlı Qəhrəmanova Gülnar Şahəddin qızının vəziyyəti isə normal olduğundan evə buraxılıb. Hadisə yerində ölənin isə 23 yaşlı Hüseynova Nüşabə Zaman qızı olduğu məlum olub.                                                                           Qeyd edək ki, martın 19-da günorta saatlarında Bakı-Qazax əsas magistral yolunun 207-ci kilometrliyinin Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində yol qəzası baş verib.

Bakı istiqamətində hərəkətdə olan, Qazax rayon sakini Cavid Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Qazax istiqamətində hərəkət edən, Şəmkir rayon sakini Əbülfəz Əliyevin idarə etdiyi “Mercedes Vita” markalı sərnişin mikroavtobusu qarşı-qarşıya gəlib. Avtomobillər bir-birinə toxunsa da C. Hüseynov avtomobili yolun kənarına çəkə bilib. Bu zaman onun arxasınca gələn “VAZ-2107” markalı minik avtomobili ilə Ə. Əliyevin idarə etdiyi sərnişin mikroavtobusu toqquşub.

Nəticədə “VAZ” markalı maşında olan 1 nəfər dünyasını dəyişib, 4 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

 

Hadisənin dəqiq baş vermə səbəbi Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024