Hadisə / Karusel (19-01-2015, 11:26)
Dəhşətli qəza: Ata-oğul yaralandı, ana yanıb öldü
Yevlax rayonu ərazisində iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var. Hadisə Aran-Mingəçevir avtomobil yolunun 11-ci kilometrliyində qeydə alınıb
Aran qəsəbəsi istiqamətində hərəkətdə olan Yevlax rayon sakini, 1979-cu il təvəllüdlü Firuz Cəfərovun idarə etdiyi “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn, Goranboy rayin sakini, 1988-ci il təvəllüdlü Həsənov Allahverdi Qədim oğlunun idarə etdiyi 22 BJ 603 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı minik avtomobili ilə toqquşub.
Toqquşma zamanı “VAZ-2107” markalı maşın alovlanıb. Avtomobildə sıxılıb qalaraq ağır yanıq xəsarətləri alan sərnişin, sürücünün anası, Goranboy rayon sakini, 1961-ci il təvəllüdlü Həsənova Naibə Musa qızı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib.
Hadisə yerinə FHN-in Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin xilasediciləri gələrək xüsusi alət və avadanlıqların köməyi ilə avtomobildə sıxılıb qalan yaralıları çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə zamanı ağır bədən xəsarətləri alan “VAZ-2107” markalı avtomobilin sürücüsü və onun atası, 1962-ci il təvəllüdlü Həsənov Qədim Allahverdi oğlu da Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
8 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
8 06 2025
7 06 2025
7 06 2025
7 06 2025
7 06 2025
7 06 2025
7 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
6 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025
5 06 2025