Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (3-07-2014, 11:01)
Ağdaşda ağır qəza – 1 ölü, 10 yaralı

Bakı-Qazax yolunda 1 nəfərin ölümü, 10 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

 

Mediatv.az  APA-ya istinadən xəbər verir ki, hadisə iyulun 3-də saat 04:00 radələrində Bakı-Qazax yolunun 261-ci kilometrliyində - Ağdaş rayon ərazisində qeydə alınıb. Ucar rayon sakini, 62 yaşlı Hacıyev Fərman Yusif oğlunun idarə etdiyi 41-BB-557 dövlət nömrə nişanlı, “VAZ -21011” markalı minik maşını ilə əks istiqamətdə hərəkətdə olan, Gürcüstan vətəndaşı, 29 yaşlı Nəzərov Adil Rafiq oğlunun idarə etdiyi “Ford” markalı, “JJC-229” dövlət nömrə nişanlı mikroavtobus toqquşub.
Nəticədə “VAZ-21011”-in sürücüsü hadisə yerində dünyasını dəyişib. “Ford”un sürücüsü və 9 sərnişini isə müxtəlif bədən xəsarətləri alıb.
Xəsarət alanlardan 7-si - Bakı sakinləri, 30 yaşlı Hacıyev Samir Akif oğlu, 33 yaşlı Hüseynova Sərminə Ramiz qızı, Sumqayıt sakinləri - 67 yaşlı Osmanov Ədalət Musa oğlu, 29 yaşlı Mirzəyev Tarif Mahmud oğlu, 42 yaşlı Qəzənzadə Yeganə Faxrəd qızı və 49 yaşlı Namazova Turac Qara qızı və sürücü A. Nəzərov Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.
Daha 3 nəfər - Sumqayıt sakinləri 63 yaşlı Osmanova Gülpəri Əsəd qızı, 25 yaşlı Əliyeva Əzizə Xanəhməd qızı və  Gürcüstan vətəndaşı 62 yaşlı Əliyev Əsgər Əkbər oğlu Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024