Hadisə (7-03-2015, 14:25)
Banklara borcu olan əsgər atası məktub yazıb intihar etdi
Banklara borcu olan Sabirabad sakini özünü asıb
"Mediatv.az" saytının Şirvan bürosunun müxbiri bildirir ki, hadisə dünən axşam saatlarında baş verib.
39 yaşlı Sabirabad şəhər sakini Həsənov Cəbrayıl Sərəstan oğlu Surra kəndində, Kür çayının üstündəki körpüdə özünü asıb.
Mərhumun üzərinə baxış zamanı ailə üzvlərinə ünvanladığı məktub tapılıb.
C.Həsənov məktubunda maddi imkansızlıqdan atasına layiqli övlad ola bilmədiyi üçün əzab çəkdiyini, banklara olan borcunu ödəmədiyindən çıxış yolunu intihar etməkdə gördüyünü yazıb.
O, yaxınlarına vəsiyyət də yazıb və xərc çəkib ona yas məclisi qurulmamasını istəyib.
Qeyd edək ki, ailəli olan C.Həsənovun üç uşağı var. Onun böyük oğlu hazırda hərbi xidmətdədir.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024