Hadisə / Karusel (6-03-2014, 13:36)
Bakıda internet yazışmadan sonra qız özünü asdı
Qızın atası bir neçə il müddətinə azadlıqdan məhrum edilib
Mart ayının 5-də Bakıda 24 yaşlı Şəmsiyyə Aftandil qızı Həsənzadə özünə qəsd edib.
"Mediatv.az" Vesti.az-a istinadən bildirir ki, bu haqda məlumatı Nəsimi Rayon Polis İdarəsindən veriblər. Məlumata görə hadisə Nəsib bəy Yusifli küçəsi ev №25-də baş verib.
İlkin istintaq zamanı müəyyən edilib ki, hər səhər olduğu kimi qızın anası işə gedib. O, ev təmizlikləri ilə məşğul olur. Günorta anası Şəmsiyyəyə zəng etsə də qız cavab vermir. Narahat olan ana qonşudan qızından xəbər bilməyini xahiş edir. Həsənzadələrin evinə girən qonşu qızı pəncərədən asılmış tapır.
Özünəqəsdin səbəbləri hələ ki, aydın deyil. Fərz edilir ki, Şəmsiyyə stress keçirib. Oktyabr ayında qızın atası Aftandil Həsənzadə ailə-məişət zəminində baş verən konflikt zamanı içkili halda həyat yoldaşı Nigar Həsənzadəyə, 15 yaşlı oğlu Abdulla Həsənzadəyə və qohumları Xuraman Hacıyevaya bıçaqla zərbə vuraraq xəsarət yetirib. Bunun nəticəsində bir neçə il müddətinə azadlıqdan məhrum edilib, hal-hazırda cəzaçəkmə müəssisəsindədir. Qızın qardaşı əsgəri xidmətdədir. Qız həmişə evdə tək qalıb.
Məlum olub ki, özünəqəsdə qədər Ş.Həsənzadə internetdə yazışıb. Amma onun sosial şəbəkələrdə nə yazdığı müəyyən edilməyib. Hadisə yerinə gələn əməliyyatçılar kompüter və mobil telefonu özünəqəsdin səbəblərini müəyyən etmək üçün istintaqa təqdim ediblər.
Şəmsiyyənin anasının və qonşularının sözlərinə görə o, çox sakit və tərbiyəli bir qız olub.
Fakt üzrə araşdırma davam edir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024