Hadisə (28-01-2015, 17:26)
Hərbçilərimiz qəzaya düşdü: 2 yaralı

Tovuzda hərbçilər qəzaya uğrayıblar.
Kəpəz TV-nin (Region TV) məlumatına görə, qəza gecə saatlarında baş verib.
Rayonun Öysüzlü kəndi ərazisində qeydə alınan hadisə zamanı "VAZ 2106" markalı avtomobil yoldan çıxaraq bir neçə dəfə çevrildikdən sonra yol kənarındakı tikiliyə çırpılıb. Qəza o qədər şiddətli olub ki, sürücü, Şəmkir rayon sakini Orxan Quluzadə və onun sərnişini, Beyləqan rayon sakini Tural Əhlimanlı ağır bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.
Hadisə şahidlərinin sözlərinə görə, kənddən Tovuz istiqamətinə gedən "VAZ 2106" sürət həddini aşıb. Qəfil idarəetməni itirən sürücü sükana hakim ola bilmədiyindən qəza baş verib ki, nəticədə avtomobil bir neçə dəfə çevrilib və təkəri sınaraq avtomobildən bir neçə metr uzaqlığa düşüb.
Hadisə zamanı xəsarət alanların hərbçi olduqları bildirilir. Faktla bağlı Tovuz polisi araşdırmalara başlayıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
31 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
30 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026
29 01 2026























