Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (15-12-2014, 15:44)
General Vəli Kiçik: “Türkiyənin kürd problemi yox, erməni problemi var”

Hrant Dinki Türkiyəyə qarşı məkrli planlar həyata keçirmək istəyənlər öldürtdürdü”

 

“Hrant Dinkin qətlində mənim izim olduğuna eyham vurmaq böhtan və iftiradır”
Mediatv.AZ xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Türkiyənin istefada olan jandarma kəşfiyyat general-mayoru Vəli Kiçik deyib.
“Hazırda həbsdə olan İstanbul polis idarəsi kəşfiyyat şöbəsinin keçmiş rəisi Əli Fuad Yılmazər “Aqos” qəzetinin naşiri Hrant Dinkin qətliylə bağlı bir neçə gün əvvəl şübhəli şəxs qismində ifadə verərkən qətlin ucunun sizə gedib çıxdığına eyham vurub. Bu barədə nə demək istərdiniz?”- sualına Vəli Kiçik belə cavab verib:
 
“Bu, mənə qarşı atılmış növbəti böhtandır. İstintaqda və məhkəmədə bunun ağ yalan olduğunu dəfələrlə demişəm. “Ergenekon” adı verilən prosesdə bu işi mənim üstümə yıxa bilmədilər, indi həbsdən böhtan və yalanlara davam edirlər. Necə olur ki, çayxanalarda 2 cavan oğlanı göstərib “Bunlar Hrant Dinki öldürəcəklər” - deyirlər, ancaq kəşfiyyat bununla bağlı heç bir tədbir görmür? Dəfələrlə demişdim ki, mən Hrant Dinki sevmirdim, sevməyə də məcbur deyildim, ancaq bu, o demək deyil ki, mən onun ölümünü ağlımın ucundan keçirmişəm. Belə şey mümkün ola bilməzdi. Bizim Şərqi və Cənubi-Şərqi Anadolu torpaqlarımızın üzərində “Böyük Ermənistan” dövləti qurmaq üçün planlar yapılır, niyə bundan danışmırlar? Ermənistanın ikinci partiyasının lideri bu yaxınlarda dedi ki, “Türkiyədə 4 milyon ad-soyad dəyişdirmiş erməni mənşəli insan yaşayır, Türkiyə parçalananda biz Şərqi Anadolu torpaqlarında Qərbi Ermənistan dövləti quracağıq”. Mənim ölkəmin kürd problemi yoxdur, erməni problemi var. Abdullah Öcalan kürdlərin lideri ola bilməz, o, ad-soyadını dəyişdirərək Türkiyəni bölməyə hazırlaşan separatçı ermənilərin lideridir. PKK kürd yox, erməni təşkilatıdır. Baxın, Ermənistandakı partiya lideri Türkiyədə ad-soyad dəyişdirmiş 4 milyon erməninin Türkiyəni parçalayıb “Qərbi Ermənistan” quracağından dəm vurur. Bu durumda “Qərbi Ermənistan”ın başına kim keçmək istəyəcəkdi? Hrant Dink, yoxsa Sarkisyan? Hrant Dinki Türkiyəyə qarşı bu məkrli planları həyata keçirmək istəyənlər öldürtdürdü, cinayəti 2 uşağın üstünə atıblar. Diaspora və Sarkisyan kimi mənim də Türkiyə torpaqları üzərində bu qədər böyük iddiam olsaydı, Hrant Dinki mən də yaşatmazdım. Vəziyyət çox mürəkkəbdir. Məhkəmə mənim xaricə çıxmağımı qadağan edib, o yasaq ləğv edilən kimi Azərbaycana gedib lazımi işləri görəcəyəm. Məni bu məsələləri bildiyimə və dilə gətirməyimə görə, 6 il həbsdə saxladılar. Əslində ASALA terror təşkilatına qarşı keçirilmiş əməliyyatların intiqamını Vəli Kiçikdən aldılar”.
 
Qeyd edək ki, İstanbulda çıxan “Aqos” qəzetinin naşiri Hrant Dink 19 yanvar 2007-ci ildə qəzet redaksiyasının yerləşdiyi binanın qarşısında qətlə yetirilib. Məhkəmə qətli o vaxt 17 yaşında olan Ogün Samastın həyata keçirdiyinə hökm etsə də, qətlin həyata keçirildiyi dövrdə İstanbulda və Trabzonda yüksək vəzifələrdə işləmiş polis məmurları şübhəli şəxs və ya şahid kimi dindirilirlər.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024