Gündəm (28-02-2014, 14:33)
Həkimlərin gözü qarşısında cin çıxarıldı-VİDEO
Həkimlər cadugar Həsəndən diaqnoz istədi
Bir neçə gün bundan qabaq Nərimanov rayonu ərazisindəki 6 saylı uşaq klinik xəstəxanasına ağzındakı yaradan şikayətlənən 14 yaşlı Pərvin Rzayev adlı uşaq yerləşdirilib. Uşağın bibisi Sevda Rzayeva İnterpress.az-a bildirib ki, uşaqda qeyri-adi hal müşahidə olunurdu: “Xəstəxanadakı bütün həkim personalının səyinə baxmayaraq Pərvin sakitləşmirdi. Pərvindən adının nə olduğunu soruşanda qışqırıb Həzrəti Yusif deyirdi. Mən də “Qurani-Kərim”i gətirib onun yanında oxumağa başladım. Pərvin əlimdən kitabı alıb yerə çırpdı. Qışqırıb otağı dağıtmağa başladığını görən həkimlər onu sakitləşdirməyə səy göstərdilər.
Gün ərzində bu vəziyyət bir neçə dəfə təkrarlandı. Həkimlər onun ruhi xəstə olduğu qənaətinə gəldilər. Elə xəstəxanada olan zaman valideynlərlə danışıb cindar Həsəni çağırmaq qərarına gəldik. Həsən gəlib, uşaqda cinin olduğunu dedi. Qəribəsi budur ki, həkimlərdən biri Həsənə yaxınlaşıb, nə diaqnoz qoyursunuz deyə soruşdu. Həsən uşağın qulağına nə isə oxumağa başladı. Pərvinin həmin andakı çığırtısı hələ də qulağımdadır. Sonda Həsənin “Çıx” deməyindən sonra uşaq sakitləşdi. Və normal bir insan kimi durub Həsənin üzündən də öpdü. Hal-hazırda uşağın vəziyyəti çox yaxşıdır, evindədir.”
Qeyd edək ki, interpress.az qarşı tərəfin (cinlər nəzərdə tutulmur) münasibətini işıqlandırmağa hazırdır. İnterpress.az Pərvinin valideynləri tərəfindən redaksiyamıza göndərilən videonu sizə təqdim edir. \
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024