Gündəm (2-12-2014, 18:41)
“Matrosskaya tişina”da sükut pozulur: “Rövşən Lənkəranski”nin “sağ əli” istintaqı aldadırmı...
Bu günlərdə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə məşhur azərbaycanlı kriminal avtoritet, “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevin “sağ əli”, “Rufo Gəncinski” ləqəbli “vor zakon” Ulfət Tağıyevin istintaqa sensasion ifadə verdiyi barədə məlumatı KİV-lərə ötürdü
Xatırladaq ki, həmin xəbərdə ötən ilin avqustunda Moskvada həbs olunan “Rufo”nun məşhur kriminal “general”, “Ded Xasan” ləqəbli Aslan Usoyanın qətlində əlinin olduğunu etiraf etdiyi vurğulanırdı.
Və istinaqda dərhal “Ded Xasan”ın qətlinin “Rövşən Lənkəranski” tərəfindən sifariş verildiyi versiyasına əminlik yaranmışdı.
Lakin “Moskovskiy komsomolets” yazır ki, “Rufo”nun ifadəsi şübhəlidir. Kriminal aləmin nümayəndələrinin qəzetə bildirdiyinə görə, “Rufo” doğrudan da “Rövşən Lənkəranski”yə borcludur. Çünki “Rufo”nun başına “vor” tacını şəxsən “Rövşən Lənkəranski” qoyub, özü də “Ded”in öldürülməsindən iki həftə əvvəl.
Amma kriminal aləmin nümayəndələri deyirlər ki, “Ded”in qətlinin “Lənkəranski” tərəfindən sifariş verilməsi daha çox polisin uydurmasıdır.
Doğrudur, istintaqda “Lənkəranski”nin “Ded”dən yaxa qurtarmağın işin xeyrinə olacağı barədə telefon danışığı var. Ancaq “Rufo”nun istintaqda dediyi kimi, “Ded”i vuran killerin hadisə yerindən uzaqlaşması üçün marşrut işləyib hazırlaması versiyasi tutarlı hesab olunmur. Çünki “Ded”i peşəkar killer-snayper vurub və bu cür peşəkarlar aradan çıxmaq üçün hansısa marşruta ehtiyac duymurlar. Xüsusən də “Rufo” kimi orta səviyyəli “vor” tərəfindən hazırlanmış marşruta...
Bildirilir ki, “Rufo” həbs olunandan sonra “Matrosskaya tişina” həbsxanasının xüsusi blokunda saxlanılır. O, həbs olunandan sonra istintaqa ifadə verməyib və məlumata görə, özünü dəliliyə vurub. “Rufo”nu hətta müalicə üçün psixiatrik xəstəxanaya da aparıblar.
Ehtimal olunur ki, “Rufo” özünü “Ded Xasan”ın qətlinin təşkilatçısı kimi qələmə verməklə təcridxanada saxlanılma şəraitini yaxşılaşdırmağa çalışır. Yaxud onun məqsədi istintaqı çaşdırmaqdır. “Ded Xasan” 2013-cü ilin fevralında Moskvada azərbaycanlılara məxsus “Staryı fayton” restoranından çıxarkən güllələnib.(virtualaz.org)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024