Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm / Karusel (27-02-2014, 14:18)
O, rektora fürsət verirdi ki, rüşvət alsın

O, rektora fürsət verirdi ki, rüşvət alsın

 

“Hesab edirəm ki, tələbələr ən azı 70 faiz dərslərdə iştirak etməlidir. Çünki bu onların imtahan nəticələrinə də təsir edir”

 

Bu sözləri “Axar.az”ın suallarını cavablandıran “21-ci Əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev bildirdi. Onun sözlərinə görə, tələbələrin dərslərdə iştirak etməsi ilə bağlı çərçivənin müəyyən edilməsi üçün universitet rəhbərliyi ilə tələbələr qarşılıqlı razılığa gəlməlidir: “Boloniya sistemində nəzərdə tutulub ki, dərs saatı 45 saatı ötməməlidir. Yəni 15 saat auditoriya daxili, 30 saat isə auditoriya xarici dərs saatları ola bilər. Tələbə öz müəllimini seçir, öz dərs qrafikini müəyyən edir. Əgər tələbə öz müəllimini seçirsə, o dərslərdə necə iştirak edə bilməz axı?! Bu prosesdə ali məktəb rəhbərlikləri sadəcə, dərsə gəlib-gəlməməklə bağlı limiti müəyyən edirlər”.
O, rektora fürsət verirdi ki, rüşvət alsın
 
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu hesab edir ki, yeni təhsil naziri vəzifəyə gələndə qayıbların yığışdırılmasını əmr edib: “Siz bilirsiniz ki, Boloniya sistemi intellektə əsaslanan təhsil sistemidir. Əgər qayıbla tələbənin biliyi yoxlanılsa, bu o deməkdir ki, bizdə distant təhsil ümumiyyətlə olmamalıdır. Bu sistem Azərbaycanda tətbiq edilirdi. Sovet dövründən qalma bir qayda idi. O, rektorun əlinə fürsət verirdi ki, dərslərdə iştirak etməməklə bağlı müəyyən limiti keçən tələbədən rüşvət alsın. Bu sistemin olması korrupsiyaya çox ciddi zəmin yaradırdı və nazir əmir verdi ki, qayıb sistemi ləğv edilsin. Məncə, bu çox böyük addımdır. Hazırda Azərbaycandakı universitetlərdə tələbələrə qayıb yazılmır”.


 
Universitetdən xaricetmə ləğv edilib
 
BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova isə qayıbların yazılması ilə bağlı dəqiq məlumatının olmadığını bildirdi: “Qayıblarla bağlı dəqiq məlumatım yoxdur. Siz ondan ötrü əsasnaməyə baxın. Səhv etmirəmsə, təhsil nazirinin qərarına əsasən qayıblara görə universitetdən xaric etmə ləğv edilib, amma 25 faiz limiti var”.
 
Xatırladaq ki, bir neçə gün öncə Bakı Dövlət Universitetinin (BDU) tələbələri kəsrlərin düzəldilməsi üçün pul ödənişinə etiraz olaraq aksiya keçirdilər. Ölkənin təhsil ictimaiyyəti arasında xeyli rezonansa səbəb olan aksiya ilə bağlı bir çox şəxslər, o cümlədən təhsil naziri Mikayıl Cabbarov da fikirlərini bölüşdü. Nazirin BDU-nun rəsmi Feysbuk səhifəsində yer alan aşağıdakı fikirləri isə onun tələbələr tərəfindən sual atəşinə tutulması ilə nəticələnib: “Tələbələr hələ də dərk etmirlər ki, bu qərar onların özünə çox sərfəlidir. Onlar Boloniya sisteminin mahiyyətini dərk eləmirlər. Müəllim, ya dekan kəsirə görə tələbədən pul ödəməyi tələb etmir. Sadəcə, Boloniya sisteminin mahiyyəti belə diktə edir”.
 
Tələbələr isə öz növbəsində nazirdən dərslərdə davamiyyəti olmayan uşaqlara qayıb yazılmasının səbəblərini izah etməyi tələb ediblər: “Ona deyin ki, Boloniya sistemində qayıb anlayışı yoxdur. Bəs bizdə niyə var?”
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024