Gündəm (20-11-2014, 10:50)
Putin gərginlik mərkəzini Qarabağa köçürür?
Putinin Qarabağ planı
"Vladimir Putin Ukrayna məsələsini "dondura" və Dağlıq Qarabağda və Gürcüstanda müəyyən addımlar ata bilər."
Bunu Rusiyanın tanınmış politoloqu, publisist və ictimai xadim Andrey Piontkovskiy deyib.
O müsahibəsində bildirib ki, bu, tamamilə mümkündür. Söhbət təkcə Dağlıq Qarabağ münaqişəsindən getmir. Ümumiyyətlə, münaqişədə iştirak edən tərəflər arasında vəziyyətin kəskinləşməməsi üçün Rusiyanın əlində təsir alətləri var. Bu, ciddi siyasi gərginliyin hökm sürdüyü Gürcüstanda da mümkündür.
Onun sözlərinə görə, imicin saxlanılması üçün V.Putin Ukrayna münaqişəsini dondurmaq istəyəcək və "rus dünyası"nın vətənpərvəri kimi, Qafqazda hansısa addımlar atmağa qərar verəcək.
A.Piontkovskiy "Qarabağ münaqişəsi zonasında gərginliyin növbəti partlayışı nə ilə bağlıdır. Bu, xarici oyunçular üçün sərfəlidir, yoxsa, bu, sadəcə avantüradır" sualına belə cavab verib: "Bu vəziyyət Rusiya üçün əlverişlidir. Bu barədə çox gözəl obraz 20 il əvvəl "Tarixin sonu" məruzəsində deyilmişdi. Orada yazılmışdı ki, belə davam edən münaqişələr Rusiya Federasiyası üçün əlverişlidir. Çünki, bu, Azərbaycan və Ermənistan ilə münasibətlərdə təsir alətidir və Moskva indi bunu edir."
Politoloq Avrasiya İqtisadi İttifaqına da toxunub: "Rusiya məmurları inandırırlar ki, Avrasiya inteqrasiya layihələri iqtisadi layihədir. Ermənistan isə başqa məqsədlər güdürdü. Bu ölkənin Aİİ-yə üzvlüyü Qarabağ münaqişəsinə heç bir təsir göstərməyəcək. Bununla bağlı müzakirələr Ermənistanın xeyrinə bitmədi. Rusiya Ermənistanı Aİİ-yə qoşulmağa məcbur etdi. Müqavilədə Aİİ-nin Dağlıq Qarabağla heç bir əlaqəsinin olmadığı göstərilib."(ans press)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024