Gündəm (19-11-2014, 10:10)
Azərbaycan böyük savaş hazırlığı içində
Hərbi büdcəmiz və İrəvana müharibə xəbərdarlıqları artır;Ölkəmizin gələn ilə olan hərbi büdcəsi 5 milyard dollar nəzərdə tutulub ki, bu da Ermənistanın ordu üçün ayırdığı xərclərdən 10 dəfə çoxdur; prezident İlham Əliyevin “özünü qəzəbli göstərən” Ermənistan rəhbərliyinə ciddi mesajların arxasında nə dayanır?
Ermənistana aid hərbi vertolyotun Qarabağ səmasında vurulmasından sonra rəsmi İrəvanın hədə-qorxu bəyanatlarına Azərbaycanın cavabının daha da sərt olması diqqət çəkir. Cəmiyyət də Ermənistanın bu cür cəzalandırılmasından sonra bu cür sərt tədbirlərin davamını istəyir. Azərbaycan Müdafiə Nazirliyinin noyabrın 17-də yaydığı son bəyanat cəmiyyətin əhval-ruhiyyəsini tam olaraq özündə əks etdirir.
Bəyanatdan seçdiyimiz sitatlara diqqət edək: “Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşmən tərəfi işğal edilmiş ərazilərdən qoşunlarının qeyd-şərtsiz və dərhal çıxarılmasının vacibliyini anlamalı, erməni gəncləri ədalətsiz müharibədən çəkindirərək əbəs yerə qırdırmamalıdır. Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən təxribatının qarşısını almağa qadirdir və hazırdır.
Nazirlik bəyan edir ki, düşmən tərəfi növbəti dəfə hər hansı bir hərbi əməliyyata əl atarsa, Azərbaycan Silahlı Qüvvələrinin işğalçıları dərhal vuracağı zərbə hədsiz dərəcədə təsirli, məhvedici olacaq, külli miqdarda itkilər və dağıntılarla nəticələnəcək, uzun müddət onların yaddaşlarından silinməyəcək". Bu bəyanat düşmənə ənənəvi atəşkəsə çağırışlardan və “lazım gələrsə...”tipli bəyanatlardan kəskin fərqlənir. “Dərhal vuracağıq!” “zərbə hədsiz dərəcədə təsirli, məhvedici olacaq!”, “külli miqdarda itkilər və dağıntılarla nəticələnəcək!”, “uzun müddət onların yaddaşlarından silinməyəcək!” ifadələrinin hər birinin sonunda nida qoysaq, necə sərt səsləndiyini daha aydın görmək mümkündür. Bu siyasi-hərbi bəyanat Ermənistan rejimi üçün bəlkə də müharibə öncəsi son uyarı, son xəbərdarlıqdır.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri son 10 gündə də genişmiqyaslı hərbi təlimləri davam etdirib və ordunun hərbi döyüş hazırlığını şəxsən müdafiə naziri Zakir Həsənov yoxlayıb. Yeri gəlmişkən, müdafiə naziri bu təlimlərin başa çatmasından dərhal sonra Azərbaycanın hərbi sahədə geniş əməkdaşlıq etdiyi Pakistana səfər edib. Nüvə dövləti olan Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə (Türkiyədən sonra) kimi daima ölkəmizi dəstəkləyib və hərbi sahədə də cəmiyyət üçün açıqlanmayan ciddi əməkdaşlıq mövcuddur. Azərbaycanı Qarabağ məsələsində birmənalı dəstəkləyən nüvə dövləti də yalnız Pakistandır. Rəsmi Pakistan könüllüləri qeyri-rəsmi olaraq birinci Qarabağ savaşında iştirakçı olub və bu ölkənin ordusunun xüsusilə dağlıq ərazilərdə ciddi döyüş təcrübəsi var. Bunu, sadəcə, məlumat üçün qeyd etdik...
***
Hətta opponentlərinin də etiraf etdiyi kimi, Qarabağ məsələsində ardıcıl olaraq prinsipial mövqe tutan Azərbaycan prezidenti İlham Əliyevin də beynəlxalq qurumların və ATƏT-in həmsədr ölkələrinin çeynənmiş sülh çağırışları fonunda verdiyi açıqlamalar olduqca ilgincdir. Vertolyotun vurulmasından sonra prezidentin Ermənistanla təmas xəttində əsas hərbi birləşmələrindən olan Şəmkir korpusuna baş çəkməsi, ordumuzun hər an döyüşə hazır olmasını bəyan etməsi, ordu komandanları ilə qapalı görüşü “özünü qazlı və qəzəbli göstərən” Ermənistan rəhbərliyinə həm də ciddi mesaj idi.
Prezident Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə Bakıdakı görüşündə isə erməni vəhşiliyindən danışaraq Milli Qəhrəman Mübariz İbrahimovun şücaətini xatırladıb: “Bir neçə il əvvəl bizim bir qəhrəman şəhid olub. O, təkbaşına 10-dan çox işğalçını məhv edib. Özü də həlak olub. Aşkar ölümə gedib. Onun meyitini bir neçə ay qaytarmırdılar. Təsəvvür edirsiniz, bir neçə ay! Heç bir dində belə vəhşilik yoxdur. O, qəhrəmandır, öz torpağını müdafiə edirdi, öz torpağında həlak oldu. O, yad yerdə həlak olmayıb”. Xatırladaq ki, prezidentlərin Soçi görüşündə də İlham Əliyev Mübariz İbrahimovdan danışan Serj Sərkisyanı “siz meyitdən də qisas alırsız”, deyərək susdurmuşdu. Daha bir maraqlı nüansı da qeyd etmək yerinə düşərdi. Vertolyot olayından sonra xalq arasında “erməni dığalarının vertolyotu prezidentin göstərişi ilə vurulub” kimi yoxlanılması və ya təsdiqi mümkünsüz olan söz-söhbətlər gəzir...Görünür, prezidentin xüsusilə Ramil Səfərovla və Mübariz İbrahimovla bağlı prinsipial mövqeyi və onları sonadək dəstəkləmələri bu cür iddialara səbəb olub...
***
Noyabrın 18-də parlamentdə maliyyə naziri Samir Şərifov 2015-ci ilə dair prezident İlham Əliyev tərəfindən təsdiqlənərək Milli Məclisə göndərilmiş dövlət büdcəsi layihəsində nəzərdə tutulan hərbi xərclərin həcmini açıqlayıb. Nazir gələn il Azərbaycanın hərbi xərclərinin 3 milyard 783 milyon manat olacağını bildirib. Bu, 2014-cü il üçün hərbi xərclərdən rekord səviyyədə - 27,2 faiz artıqdır. “Müdafiə xərcləri dövlət büdcəsinin 2015-ci ildəki xərclərinin 17,9 faizini təşkil edəcək” deyə, nazir bildirib.
Nazirin sözlərinə görə, ölkənin milli təhlükəsizliyinin möhkəmləndirilməsi, silahlı qüvvələrin təchizatının yaxşılaşdırılması, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi dövlət büdcəsinin prioritet istiqamətləri sırasında qalır.
Beləliklə, Azərbaycanın gələn il üçün hərbi xərcləri dollar ekvivalentində təqribən 5 milyard dollar təşkil edəcək ki, bu da hərbi xərclərin növbəti dəfə rekord həcmdə artımı deməkdir. Hazırda Ermənistanın dövlət büdcəsinin bütün xərcləri cəmi 3 milyard 73 milyon dollar (2014-cü il üçün) təşkil edir ki, bu da Azərbaycanın gələnilki hərbi büdcəsindən təxminən 2 milyard dollar azdır. Ermənistanın hərbi xərcləri isə ümumiyyətlə Azərbaycanın hərbi xərcləri ilə müqayisədə olduqca cüzi görünür - cəmi 472 milyon dollar.
***
Azərbaycanın gələn il üçün müəyyən etdiyi hərbi xərcləri Ermənistanın hərbi xərcləri ilə müqayisədə 10 dəfə artırması ölkənin siyasi rəhbərliyinin “müharibəyə hər an hazırıq” bəyanatlarının arxasında durduğunu, bunun sadəcə sözdə hədə olmadığı və Ermənistanı əzib keçəcək hərbi gücün daha da artırılacağının rəsmən təsdiqidir. Xüsusi olaraq onu da qeyd etmək lazımdır ki, Ermənistan da 2015-ci ilə ciddi hazırlaşır. Söhbət saxta soyqırımın 100-cü ildönümünə hazırlıqlardan gedir. Rəsmi İrəvan dünyadakı erməni lobbisinin başını qatmaq və kasıb büdcələrini ianələrlə doldurmaq üçün 2015-ə böyük ümidlər ili kimi baxır. Şübhəsiz ki, Ermənistan rəhbərliyi 2015-ci ildə bütün dünyada antitürk təbliğatını daha da genişləndirəcək, cəbhədə daha tez-tez qisasçılıq aksiyaları törətməyə çalışacaqlar. Rəsmi Bakı bu büdcə ilə indidən Ermənistan rəhbərliyinə “ağıllı olun” xəbərdarlığını çatdırır.
Sözsüz ki, Azərbaycanın hərbi xərclərini artırması təkcə Ermənistanın deyil, bir çox ermənipərəst dövlətlərin də narazılığına səbəb olacaq ki, Azərbaycan rəhbərliyi bunları da nəzərə almamış deyil. Digər mühüm məqam budur ki, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi belə Azərbaycan dövlətini hərbi xərclərini kəskin artırmaqdan çəkindirməyib. Bu da əraziləri işğal altında olan ölkənin rəhbərliyi üçün silahlı qüvvələrin daha da gücləndirilməsinin əsas prioritet kimi qaldığını göstərir. Azərbaycan sonuncu dəfə hərbi xərclərdə bu cür kəskin artımı iki il əvvəl edib və həmin il müdafiə xərclərində birdən-birə 30 faizə qədər artım olmuşdu. Həmin il Azərbaycan xaricdən böyük miqdarda güclü silah sistemləri və müasir döyüş texnikası aldı. Həm Ali Baş Komandanın, həm Müdafiə Nazirliyinin, eləcə də Prezident Administrasiyasının bəyanatları belə deməyə əsas verir ki, Azərbaycan rəhbərliyi torpaqları hərbi yolla geri almaqda qərarlıdır. Hərbi xərclərin belə kəskin artımı məhz həm müharibə hazırlığı, həm də yeni müasir döyüş sistemlərinin alınması planları ilə bağlıdır...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024