Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (12-09-2014, 17:55)
Nazir orduya verilən hərbi texnikaların adlarını açıqladı

"Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, güclü dövlətin güclü ordusu olmalıdır"

 

"Azərbaycan da qısa müddət ərzində güclü dövlətlərin sırasına daxil olub və əlbəttə ki, bu gün Silahlı Qüvvələrimiz həm hərbi potensialı və döyüş qabiliyyəti, həm də hərbi təchizatına görə nəinki bölgədə, eləcə də dünya miqyasında güclü ordular sırasındadır."
Bunu "Trend"-ə açıqlamasında müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
O, qeyd edib ki, ordumuz istənilən tapşırığın öhdəsindən gəlməyə hazırdır və buna qadirdir: "Heç şübhəsiz ki, Silahlı Qüvvələrimizin qarşısında duran əsas vəzifə tarixi ədalətin bərpası, ordumuzun daha da güclənməsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səfərbər olunaraq ölkəmizin ərazi bütövlüyünün təmin edilməsidir”.
Müdafiə naziri bildirib ki, Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ordu quruculuğu Azərbaycan üçün ən əsas və prioritet məsələdir: “Bu, hər bir ölkə üçün belə olmalıdır, çünki hər bir ölkə özünü müdafiə etməyi bacarmalıdır. Xüsusilə, bu, müharibə şəraitində yaşayan bir ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Bu gün qarşıda duran vəzifələrdən biri də Azərbaycan Silahlı Qüvvələrinin daha da modernləşməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. Silahlı Qüvvələrimizin potensialının artırılmasının əsasında dövlətimizn və onun rəhbərliyinin göstərdiyi diqqət və qayğı durur.
Hərbi büdcəmiz ildən-ilə artır, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Qısa zaman əzrində hərbi büdcəmiz 20 dəfədən çox artıb. Bu baxımdan 2014-cü il üçün dövlət büdcəsində baş vermiş dəyişikliklərə diqqət yetirmək kifayətdir. Ölkəmizin 2014-cü il üçün nəzərdə tutulan hərbi xərcləri 2013-cü ilə nisbətən 7,1 faiz artırılıb. Müqayisə üçün deyək ki, Ermənistanın hərbi xərcləri Azərbaycanın 2014-cü ildə dövlət büdcəsində müdafiə xərcləri bölməsi üzrə nəzərdə tutulan vəsaitdən 5,3 dəfə azdır. Son 10 il ərzində əldə edilmiş silah-sursat və hərbi texnika hərbi sahədə Ermənistan və Azərbaycan arasındakı pariteti bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib. Eyni zamanda, Azərbaycanda hərbi sənaye kompleksinə aid onlarla müəssisə fəaliyyətə başlayıb”.
Bundan əlavə, nazir deyib ki, dövlətimiz Silahlı Qüvvələrin əsaslı surətdə gücləndirilməsi, qoşunların kompleks və fasiləsiz maddi-texniki təminatının keyfiyyətinin artırılması üçün yeni silah, texnika və trenajorların alınaraq hərbi hissələrə verilməsi istiqamətində müvafiq işlər aparır: “Biz zirehli texnika və aviasiya vasitələrinin, eləcə də döyüş imkanına malik digər texnikanın keyfiyyət baxımından əsaslı təmirini və modernləşdirilməsini yerinə yetirir, müəyyən olunmuş inkişaf proqramı üzrə fəaliyyət göstəririk. Son dövrdə ən müasir “Smerç” yaylım atəşi reaktiv sistemləri, “Toçka-U” taktiki raket kompleksləri, “BUK-1MB” zenit-raket kompleksləri, “T-90S” tankları, “TOS-1A” ağır odatan sistemləri, “MSTA-S” özüyeriyən artilleriya haubitsaları, özüyeriyən “Pion” topları, o cümlədən ölkəmizdə istehsal olunan “Şahin” və “Qaranquş” pilotsuz uçuş aparatları qəbul edilib. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin adı dünya üzrə güclü, müasir standartlar çərçivəsində yenidən qurulan və təchiz edilən ordular sırasında çəkilir”.
Diqqəti Silahlı Qüvvələrin inkişaf istiqaməti ilə bağlı əsas məsələyə yönəldən Z.Həsənov deyib ki, ölkə rəhbərliyi Avroatlantik məkana inteqrasiyanın milli maraqlarımıza cavab verdiyini bildirərək, bu istiqamətdə mərhələli addımlar atılmasını qarşıya məqsəd qoyub: “Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cari ilin yanvar ayında NATO-nun mənzil-qərargahında keçirilən mətbuat konfransında bəyan edib ki, Silahlı Qüvvələrimizdə aparılan islahatlar NATO standartlarına uyğunlaşdırılır. Bu, Silahlı Qüvvələrimizdə aparılan islahatlar çərçivəsində əsas istiqamət kimi müəyyən edilib”.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024