Gündəm / Slayd (11-11-2014, 20:53)
Vəfa Quluzadə: “Azərbaycanın seçim imkanı yoxdur“
"Rusiya özü də başa düşür ki, Azərbaycan qərbyönümlü dövlətdir. Müstəqil Azərbaycanın bünövrəsi Rusiyadan qaçıb, Qərbə inteqrasiya etməkdir. Ona görə də həm NATO-nun, həm Rusiyanın bizə marağı böyükdür. Bu marağın nəticəsi də Amerika - Rusiya qarşıdurmasından asılıdır"
Bunu Arqument.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə deyib.
Onun sözlərinə görə, Azərbaycanın başqa seçim imkanı yoxdur: "Azərbaycan məhv olmamaq üçün güclü ilə bir düşərgədə olmalıdır. Üstəlik, 70 il tərkibində olduğumuz Rus imperiyasının bizə olan münasibətini gördük. Rus imperiyası azərbaycanlıları sığışdırmaqla bizim torpaqda Ermənistan dövləti yaratdı. Bundan sonra da Sovet imperiyası Zəngəzuru Azərbaycandan alıb ermənilərə verdi. Sonra da Azərbaycan torpağında ikinci qondarma erməni dövləti - Dağlıq Qarabağ Muxtar Respublikasını yaratdı. Sovet ittifaqı çökmək ərəfəsində olanda həmyerlilərimizi Ermənistandan zorla qovdular".
V. Quluzadə həmçinin deyib ki, Rusiya siyasətini öyrənmək lazımdır: "Boş-boş sözlər, müxtəlif təntənələrdə təriflər - bunların hamısının qiyməti bir qəpikdən azdır. Yəni Rusiyanın siyasəti bizə məlumdur və biz yenidən Rusiyanın siyasətini seçə bilmərik".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024