Sosial (15-04-2014, 14:23)
Sürücü ilə savaşan hakimin işi prokurorluğa verildi
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyevlə “Azpetrol” şirkətinin sürücüsü arasında yaranmış insidentlə bağlı araşdırma polisdən alınaraq prokurorluğa verilib.
Mediatv.az-ın xəbərinə görə, bizimyol.info saytına daxil olan məlumatda bildirilir ki, prokurorluq bunu Rauf Əliyevin oğlunun polis orqanında işləməsinə görə edib. İbtidai istintaqa prosessual nəzarət funksiyasını yerinə yetirən qurum hesab edib ki, işin obyektiv və hərtərəfli araşdırlması üçün prokurorluğun istintaq aparması daha məqsədəuyğundur.
Qeyd edək ki, martın 20-də Rəsulzadə-Novxanı şossesində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyevlə «Azpetrol» Şirəktlər Qrupunun sürücüsü İlqar Paşayev arasında yaranan mübahisə sonradan dava-dalaşa çevrilib. Nəticədə hadisə yerinə bir qrup polis əməkdaşı gəlib, sürücü həbs edilib. Məlumata görə, hadisəyə səbəb R.Əliyevin işıqforu qırmızı işıqda keçərək qəza şəraiti yaratması olub: «Qaydanı pozmasına baxmayaraq hakim avtomobildən düşürək sürücünü söyməyə başlayıb. İlqar Paşayev da onun hərəkətlərinə cavab verib. Hakim hadisə yerindən Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində rəis müavini işləyən oğlu Bəhruz Əliyevə zəng edib. Bir neçə polis əməkdaşı ilə hadisə yerinə gələn B.Əliyev İ.Paşayevi döyərək İdarəyə gətiriblər. Burada onun barəsində Cinayət Məcəlləsinin 221.3 maddəsi (Xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə olunmaqla törədildikdə) ilə cinayət işi açılıb. Sürücünün günahı təsdiqlənərsə onu 3 ildən 7 ilədək həbs cəzası gözləyir».
Mənbə bildirib ki, baş verən olay yaxınlıqdakı nəzarət kamerası tərəfindən qeydə alınıb. Qeydlərə baxış keçirilərkən davaya hakim Rauf Əliyevin təşəbbüs etdiyi əksini tapıb. Qaynaq daha sonra bildirib ki, hazırda iş Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Elşən Zamanov tərəfindən araşdırılır. «Müstəntiq işə qərəzlə yanaşır, yuxarıda bəhs olunan videogörüntüləri gizlədir, sürücü İlqar Paşayevin əlində heç bir əşya olmadığı halda CM-ninin 221.3-cü maddəsi ilə cinayət işinə başlayıb. Rauf Əliyev öz hakim səlahiyyətindən istifadə etməklə sürücünü tutdurmaq istəyir. Müstəntiq Elşən Zamanov da işi bu istiqamətdə aparır», - deyə mənbə vurğulayıb.
Rauf Əliyev isə mətbuata açıqlamasında bildirib ki, o, sürücünü döyməyib, əksinə, onun tərəfindən döyülüb: “Paşayev mənə fiziki təsir göstərib, xəsarət yetirib. Əlimi dəmir alətlə vurub əzmişdi. Bunu sübut edən fotolar da var”.
Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Elşən Zamanov da bildirib ki, mübahisə nəticəsində İ. Paşayev Rauf Əliyevə xəsarət yetirib. İ. Paşayevə Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi illə ittiham edilərək, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətində həbs-qətimkan tədbiri seçilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
6 02 2025
6 02 2025
6 02 2025
6 02 2025
6 02 2025
6 02 2025
6 02 2025
6 02 2025
6 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025
5 02 2025