Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (23-09-2020, 09:32)
Azərbaycan Madrid prinsiplərindən imtina edəcək? - GƏLİŞMƏ

Azərbaycan Madrid prinsiplərindən imtina edəcək?
“Araik Harutunyan kimdir ki, “Madrid prinsipləri”nə qiymət verir? O danışıqlarda iştirak etmir və heç kimdir”.

Politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Harutunyanın “Madrid prinsipləri”ndən imtina barədə fikirlərini şərh edərkən belə deyib.

Qeyd edək ki, Harutunyan “Madrid prinsipləri birmənalı şəkildə qəbuledilməzdir”-deyə fikir söyləyib.

Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Ermənistanın eks-prezidenti Robert Köçəryanın fikirlərinə münasibət bildirərkən belə deyib. Robert Köçəryan Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında “Madrid prinsipləri”nin Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu açıq şəkildə təsdiqləyən yeganə beynəlxalq sənəd olduğunu bəyan edib.

“Bu sənədin birmənalı şəkildə qəbuledilməz olduğu barədə iki fikir ola bilməz. Bəlkə də irəliləyiş var, amma bu irəliləyiş bizim tələblərimizə cavab vermirsə, deməli təkcə mənim deyil, həm də xalq tərəfindən birmənalı şəkildə rədd edilir”-deyə Harutunyan bildirib. O, Qarabağın üçün təhlükəsizliyinin prioritet olmasına dair əvvəlki açıqlamasına da toxunub. İşğalçı rejimin rəhbəri başçılıq etdiyi oyuncaq respublikanın mövqeyinin dəqiqləşdirildiyini və sərtləşdirildiyini qeyd edib. Təhlükəsizliyin daha vacib olduğunu söyləyən Harutunyanın sözlərinə görə, bu Qarabağın öz müqəddəratını təyin etməsini beynəlxalq səviyyədə aşağı salmır.

“Biz yalnız öz müqəddəratımızı təyin etmə hüququnu əldə etmədik, həm də artıq həyata keçiririk, dünya tərəfindən tanınması baxımından uzun müddət mübarizə aparmalıyıq. Ancaq kifayət qədər təhlükəsizlik sistemimiz yoxdursa, hamısını itirəcəyik”-Harutunyan belə deyib.

Bir ildən artıqdır ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Madrid prinsipləri”ndən imtina etməsi danışıqlar prosesinin dayanmasına səbəb olub. Əslində, siyasi ekspertlər hesab edir ki, həmin sənəd Azərbaycanın da milli maraqlarına tam cavab vermir. Bu baxımdan, Azərbaycanın da “Madrid prinsipləri”ndən imtina etməsi mümkündür. Azərbaycan müzakirələrə daha əlverişli təkliflər paketi təqdim edə bilər.

Fikrət Sadıqovun sözlərinə görə, Dağlıq Qarabağın erməni icmasının və ya onun rəhbərinin “Madrid prinsipləri” haqqında danışması cəfəngiyyatdır:

“”Madrid prinsipləri”ni Azərbaycan irəli sürməyib. Bu sənədi həmsədrlər təklif edib. Həmin “yol xəritəsi”ndə münaqişənin mərhələli plan əsasında həlli barədə danışılır. Ermənistanın o zamankı prezidenti Serj Sarkisyan bu sənədi çox narazılıqla qəbul etdi. Amma həmsədrlər bu prinsiplərdən imtina etmədi. Danışıqlar da problemin mərhələli şəkildə həlli əsasında davam edirdi. Bu da Azərbaycanı qane edirdi. Çünki diplomatik müstəvidə söhbət birinci mərhələdə Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasından gedirdi. Bu, hər halda bir sənəddir. Amma indiki vəziyyətdə Paşinyan “Qarabağ Ermənistandır!”, yaxud danışıqlarda separatçılar iştirak etməlidir, “Qarabağın paytaxtı Şuşa olmalıdır”-deyirsə, təbii ki, danışıqlar mənasını itirir. Bütün prinsiplər, Masada olan təkliflərə Ermənistan tərəfi nöqtə qoydu. Ona görə də danışılar dalana dirənib. Hesab edirəm ki, belə şəraitdə danışıqları aparmaq mənasızdır. Onlar özlərini dünya birliyinə, hətta vasitəçilərə qarşı çıxırsa, o zaman onlarla həmsədrlər məşğul olsun. Minsk Qrupu gerçək vasitəçidirsə, Ermənistanın cavabını verməlidir”.

Fikrət Sadıqov onu da bildirdi ki, danışıqlar prosesində heç bir sənəd Azərbaycanın maraqlarına cavab vermir.

“Azərbaycanın maraqlarına o cavab verir ki, Ermənistana təzyiq göstərilsin. Ermənistan qoşunları Azərbaycan torpaqlarından çıxsın. Ondan sonra Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmaq şərti ilə statusu məsələsini müzakirə etmək olar. İndiki halda inanmıram ki, danışıqların əhəmiyyəti olsun”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024