Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm / Slayd (13-09-2014, 21:38)
“Toy mafiyasının idarə etdiyi kiriminal şərait" - Deputat məmurlara səsləndi

 

"Toy mərasimlərinin keçirilməsinin tənzimlənməsi  müəyyən insanların ciddi biznes maraqlarına toxunan bir addım olacaq”. 

Mia.az xəbər verir ki, bunu Simsar.az-a Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü, millət vəkli Musa Quliyev toy mərasimlərində israfçılığın qarşısının alınmasına münasibət bildirərkən  deyib.

Millət vəkilinin sözlərinə görə, yas mərasimləri ilə bağlı problem tam qaydaya düşəndən, insanlar şüurlu şəkildə yas mərasimlərinin tövsiyə olunan şəkildə keçirilməsini qəbul edəndən sonra toy mərasimləri ilə bağlı işə başlamaq olar. Hesab edirəm ki, yas mərasimləri ilə müqayisədə bu, çox çətin olacaq. Çünki toy mərasimlərində maraqlı olan şəxslər, qüvvələr var və bu addım bir çoxlarının ciddi biznes maraqlarına toxunacaq.

Deputat həmçinin, şadlıq evlərində səs-küyün normal qaydaya uyğun tənzimlənməsi, qida məhsullarının sanitar gigiyenik normalar çərçivəsində hazırlanması, toy mərasimində həddən artıq dəbdəbəyə yer verilməməsi kimi məsələlərdə əhali arasında maarifləndirmə işləri aparılmasının vacibliyini də vurğulayıb. "Çünki, mərasimlər qanunlarla tənzimlənə bilməz. Lakin, toy məclislərinin cəmiyyətin bütün təbəqələrinin arzu və istəklərinə uyğun olması üçün müəyyən normativ tədbirlər həyata keçirtmək lazımdır”.

Deputatın sözlərinə görə, toy məclislərində nizam-intizamın yaradılması üçün ilk olaraq ölkədə tanınmış şəxslər öz mərasimlərini təşkil edən zaman əhaliyə nümunə göstərməlidirlər. Bu təbəqəyə siyasətçilər, yüksək vəzifəli dövlət məmurları, icra başçıları, nazirlər, o cümlədən tanınmış xadimlər, ziyalılar, incəsənət xadimləri  aiddir. Onlar bu məsələdə cəmiyyətə nümunə olmalıdırlar.

Şadlıq evlərində qiymətlərin tənzimləməsinə də münasibət bildirən millət vəkili bunun üçün toy mərasimlərinə aid ümumi qaydaların dəyişdirilməsinə ehtiyac olduğunu bildirdi. Deputatın fikrincə 400-500 nəfərlik məclislər 70-100 nəfərlik məclislərlə əvəz olunarsa  bu, toy qiymətlərinin köklü şəkildə dəyişməsinə səbəb olacaq: "Hazırkı şərait toy mafiyasının idarə etdiyi kiriminal şəraitdir. Təəssüf ki, bu gün cəmiyyətimizdə müəyyən kateqoriyaya aid insanlar  qonşudan  geri qalmamaq prinsipinə əl atırlar”.

"Bu gün Azərbaycan bazar iqtisadiyyatı yolunu seçmiş demokratik ölkədir. Burada tələblə təklif mühüm rol oynayır və toy mərasimləri də müqavilə əsasında həyata keçirilir. Lakin, bunu mədəni və iqtisadi qanunlara uyğun formada icra etmək lazımdır” – deputat belə deyib.

Xatırladaq ki, mətbuatda aidiyyəti qurumların  yas mərasimindən sonra  şadlıq evlərində də israfçılığın qarşısını almağı düşünmələri haqda məlumatlar yer almaqdadır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024