Gündəm (2-09-2014, 16:30)
Azərbaycan sərhədində “Ebola“ gərginliyi
Azərbaycan sərhədində "Ebola" virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması ilə bağlı vəziyyət nəzarət altındadır.
"Trend"-in məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyindən alınan təlimata uyğun olaraq, vəziyyəti nəzarət altında saxlamaq üçün sərhəddə DGK-nın həkim əməkdaşları çalışırlar.
A.Əliyev qeyd edib ki, Gömrük Komitəsinin əməkdaşları öz işlərini yerinə yetirirlər və təlimata uyğun olaraq, sərhədi keçən əcnəbi vətəndaşlar barədə Səhiyyə Nazirliyinə məlumat verirlər.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, "Ebola" virusunun qurbanlarının ümumi sayı 1420 nəfərdir. Onların arasında xəstəliklə mübarizəyə kömək edən 120 tibb işçisi də var. Bu xəstəliyə ilk yoluxma halı fevral ayında Qərbi Afrikada qeydə alınıb. ÜST-ün qeyd etdiyi kimi, virusa yoluxanların sayı 2600 nəfəri ötür. Xəstəliyə yoluxma halları Liberiyada, Syerra-Leonedə, Qvineyada, Nigeriyada və Konqo Demokratik Respublikasında müəyyən edilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024