Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (12-08-2014, 21:18)
Məmurların söküntü biznesi və onun ilginc incəlikləri... - Bakılılar nəyə görə yeni binalara könülsüz gedir?

 

Keçmiş Sovetski küçəsində söküntülərlə bağlı Bakı ətrafında, həmçinin Xırdalan və Lökbatanda təhvil verilən mənzil fondu mənimsənilib. Adamlar “dünyanın o başına” ona görə köçür ki, bahalı təkrar bazarda mənzil ala bilmir. Onlara kiçik evlərin (15-30 kv m) 1 kvadrat metri üçün 1,5 min manat ödəyirlər, 2 otaqlı ev isə paytaxtda 60 min manatdır.

Bakılılar nəyə görə şəhər ətrafındakı yeni binalara könülsüz gedir? Rieltor Novruz Zeynalovun fikrincə, əsas səbəb nəzarətin olmamasıdır – layihələndirmədən təhvilə qədər bütün məsuliyyət sifarişçiyə düşür. Dövlət və hökumət strukturları təhvil-təslim aktı imzalamaq üçün gəlir və çoxlu nöqsanlar tapır. Əvvəldən nəzarət daha yaxşı olmazmı?

Tikintin materialları (çınqıl, qum, keramzit) sənaye üsulu ilə yuyulmur, nəticədə binanın möhkəmliyi 10% azalır. Normativə əsasən, 1 kubmetrdə 400 kq keramzit olmalıdır. Yəni o həcmli, yüngül və möhkəm olmalıdır. Tikintidə isə ağır materiallardan istifadə edilir və o əlavə yük yaradır.

Tikintin materialları bazarında sertifikatlı məhsul yox dərəcəsindədir. «Rusiya və ya Ukrayna malı» keyfiyyət göstəricisi deyil. Tikintidə peşəkar iş icraçısı görmüsünüzmü, varsa da, rəhbərliyin dostlarının tabeliyindədir. Qaynaqçılardan diplom xəbər alınmır. Qaynaqdan sonra tikinti dayanmalıdır. Layihəçi, iş icraçısı, mühəndis və qaynaqçı nəticəyə baxıb akt tərtib etməli, bundan sonra iş davam etməlidir. «Bakıda yüzlərlə bina tikilir, orda əyalətdən on minlərlə muzdlu çalışır. Onlar paytaxta qazanca gəlib, – sıralarında özünə ev tikən adam varmı?», - deyə mütəxəssis soruşur.

Ekspert-ekoloqlara görə, Bakı Ələtdən Sumqayıta kimi inkişaf edir. Bu, normalara ziddir. Bu ərazidə laylar dəniz çöküntü süxurları, qum və gildən nibarətdir. Bu isə mühəndis-geoloji problem yaradır. Bakı dərin ntektonik çatlarla əhatə olunub, Səbail və Xətaidə tez ovulan əhəng layı üzündən sürüşmələr olur, - deyə professor Telman Zeynalov Turan-a bildirib. Bakı amfiteatr olduğu üçün paytaxtın aşağı hissələrində yeraltı sular yer səthinə yaxındır. Tikintilərin daha çox olduğu yerlər də məhz şəhərin aşağı hissələridir.

Hava yoxluğu da bir problemdir. Evlər arasında standarta uyğun məsafə qoyulmur. Uşaq və idman meydançalarında, kəsilən ağaclıqlarda çoxmərtəbəli evlər tikilir. Binalar betondan, döşəmələr lineliumdan və başqa süni materiallardandır, bu isə sağlamlığa ziyandır.

Dəmir-beton binaların mərtəbələri çoxdur (17 – 22). Bakı ŞİH 12 mərtəbə limit qoyub. Ev tiknlərdən rüşvət alındığı üçün onlar belə edir.

Dövlətstatkoma görə, postsovet dövründə tikilən binalarda 600 min nəfər yaşayır. Alıcıların 80%-i paytaxtın ucqarında 1 kv m-i 400-700 manat olan təmirsiz evlər alır. Təmir xərcləri tədricən ödənilir, bu isə ailə büdcəsinə ciddi yük olmur. -
 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024