Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm / Slayd (16-08-2014, 00:41)
BAŞ HƏKİMLİYƏ NAMİZƏD ÖZ KOMANDASININ ÜZVLƏRİNİ BANKLARA BORCA SALIB

Bəşəriyyətin min illər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə səhiyyənin inkişafından, insan sağlamlığının, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də səhiyyə sahəsinin güclənməsi, müasir tələblərə cavab verməsi üçün bütün imkanlardan istifadə edilir.

Dövlət rəhbərinin səhiyyə sistemində apardığı uğurlu islahatlar yeni xəstəxanaların tikilməsinə, regionlardan uzaq kəndlərdə səhiyyə ocaqlarının bərpa etdirilməsi sağlam cəmiyyətin formalaşmasına, ölkə vətəndaşlarının daha yaxşı səhiyyə xidmətindən faydalanmalarına imkan yaradır.

Lakin bəzən tibb müəssisələrinin rəhbər vəzifəli şəxslərinin yarıtmaz fəaliyyəti, kadr seçimində yol verilən yalnışlıqlar səhiyyə sahəsində qazanılan uğurlara kölgə salır, sahənin inkişafına yönəlmiş tədbirlərin səmərəsini azaldır.

Bu nöqteyi nəzərdən kadr yanlışlığını aradan qaldırmaqdansa, belə səhvlərə heç əvvəldən yol verilməməsi daha yaxşı olar. Gələcək əyintilərin təməlinin qoyulmasına belə imkan vermək olmaz. Müşahidə olununca, problemləri necə deyərlər, elə beşikdəcə boğmaq daha məqsədəuyğundur. Məsələn, paytaxtın Suraxanı rayonundakı 8 saylı birləşmiş uşaq xəstəxanası belə bir problemə necə deyərlər, hamilədir. Xəstəxanının baş həkimi vəzifəsi boşdur, hələlik müvəqqəti əvəzediciyə tapşırılıb. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, xəstəxanının poliklinika şöbəsinin müdiri Ədilə xanım baş həkim vəzifəsini ələ keçirmək üçün canfəşanlıq edir. Hətta o da bildirilir ki, özünə tərəfdar topladığı həkimləri bankdan pul krediti götürməyə, borca girməyə məcbur edir və onlardan səfərbər etdiyi böyük miqdarda kapitalı  səhiyyə nazirliyindəki yüksək çiyinli məmura  çatdırır. Onların arasında vasitəçiliyi isə Suraxanıdakı 7 saylı internat məktəbinin direktoru Afaq müəllimə həyata keçirir. İkincinin nazir müavinlərinlərinrən birinin yaxın  qohumu olduğu bildirilir.Onu da nəzərinizə çatdıraq ki bir neçə ay əvvəl 7 saylı internat məktəbində böyük bir insident yaşanmışdı. Adları çəkilən şəxslərin reaksiyasından bu informasiyaların nə dərəcədə gerçəyi əks etdirdiyi məlum olacaq. Təxminimizə görə, sözügedən vəzifəli şəxslər bu məlumatı təsdiq etməlidirlər. Susduqları təqdirdə razılıq əlaməti kimi qəbul edəcəyik.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024