Gündəm (8-07-2014, 18:15)
“Hafka” fransalı ortağını qovur
Azərbaycanlı oliqarx, nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı (bəzi məlumatlara görə artıq keçmiş ortağı) Hafiz Məmmədov yenidən Fransa idman mediasının bir nömrəli mövzusudur.
Mediatv.az Virtualaz.org-a istinadən xəbər verir ki, buna səbəb “Hafka”nın vaxtilə Kann kazinolarından birində “tayqol quldur”un axasında tanış olduğu ortağı, “Lans” klubunun prezidenti və keçmiş səhmdarı Jerve Martelə ultimatum verməsidir. Fransa mediası yazır ki, bu ölkənin Peşəkar Klublara Nəzarət Komissiyası (DNCG) H.Məmmədovun “Lans” klubunun büdcəsi ilə bağlı yetərli qarantiya olmadığını əsas gətirərək 1-ci liqaya buraxmaqdan imtina etməsindən sonra azərbaycanlı milyarder ortağına möhkəm qəzəblənib.
“Hafka” ötən bazar günü “L’Equipe” jurnalının redaksiyasına göndərdiyi məktubda yazıb ki, “Lans”ın yüksək liqaya buraxılmaması barədə qərarın qəbul edilməsində klub rəhbərliyinin məsuliyyətsizliyinin rolu var. “Hafka”nın bildirdiyinə görə o, “Lans”ın büdcəsinə transferlərlə bağlı kifayət qədər tutarlı təminatlar versə də klub rəhbərliyi DNCG-ni inandıra bilməyib və nəticədə belə qərar qəbul edilib. H.Məmmədov tezliklə klubun rəhbərliyində dəyişiklərin olacağını da bildirib.
Xəbər verildiyi kimi DNCG iyunun 26-da “Lans”ın Jerve Martel tərəfindən təqdim edilmiş 43 milyon avroluq büdcəsi ilə bağlı yetərli maliyyə təminatının olmadığını əsas gətirərək klubun yüksək liqada oynamasına qadağa qoyub. Plana görə bu pulların təxminən yarısını azərbaycanlı oliqarx köçürməli idi. Lakin iyunun 26-nadək “Hafka” klubun Avropadakı hesabına nəzərdə tutulan 10 milyon avronu köçürə bilməyib. Pul məsələsini həll etmək üçün iyunun 20-də tələsik Bakıya gələn Jerve Martel əliboş dönüb və DNCG-yə bildirib ki, Azərbaycanda ordu günü ilə bağlı qeyri-iş günü olduğundan pulların hesaba köçürülməsi mümkün olmayıb. Buna baxmayaraq komissiya bu səbəbi inandırıcı hesab etməyib və “Lans”ı yüksək liqaya buraxmayıb. Hərçənd ki, “Hafka” 10 milyon avronu iyulun 3-də nəhayət hesaba köçürə bilib.
“Hafka” ilə sevimli ortağı arasında münasibətlərin korlanması dərhal Fransa mediasında bir nömrəli mövzuya çevrilib və bu mövzudan yazmayan demək olar ki, qalmayıb. “La Voix du Nord” qəzeti yazır ki, H.Məmmədov “Lans”la bağlı dalbadal bir neçə administrativ uğursuzluqların baş verməsinə görə günahı Jerve Marteldə görür. Oliqarx hesab edir ki, bu uğursuzluqlar “Lans”ın irəliləməsinə mane olur və eyni zamanda onun imicinə zərbə vurmağa başlayır. Qəzet yazır ki, ötən ilin noyabrında “Lans”-“Şatoru” maçtının kuluarlarında birlikdə ictimaiyyət qarşısına çıxan “Hafka” və Mertel ideal cütlük təsiri bağışlayırdı, hətta Jerve Martel öz ortağından daha geniş təbəssüm nümayiş etdirirdi. Ancaq son vaxtlar onlar nadir hallarda bir yerdə görünürlər və indi azərbaycanlı biznesmen klubun rəhbərliyində dəyişiklik olacağı haqda xəbərdarlıq edir. Jerve Martel uzun müddət “Lans”ın prezidenti və səhmdarı olub. Lakin klub müflis olandan sonra o, səhmləri kredit borcu olduğu “Aqrikol” bankına verməli olmuşdu. “Hafka” “Lans”ın səhmlərinin üçdə ikisini ötən il 20 milyon avroya bu bankdan alıb və kazinoda dostlaşdığı Jerve Marteli yenidən prezidenti vəzifəsinə qaytarıb.
Jerve Martel iki günlük sükutdan sonra “Hafka”nın xəbərdarlığını şərh edib və bildirib ki, bu xəbərdarlığın şəxsən ona yönəldiyini hesab etmir. “Mən hesab etmirəm ki, o, şəxsən məni hədələyib. Futbol menecerliyində 25 illik təcrübəm var. Mən qanunun tələb etdiyi prinsipləri, yəni DNCG-nin vəsaitlərin hansı konkret müddət ərzində köçürülməli olduğu barədə qaydalarını dəyişdirə bilmərəm” deyə Jerve Martel bildirib. “Lans”ın prezidenti H.Məmmədova eyhamla bildirib ki, ola bilsin İngiltərənin “Şeffild Uednesdey” klubu ilə işləmək daha asandır. “Mən sutkanın 24 saatının 18 saatını işləyirəm və 1-ci liqaya köklənmişəm” deyə o əlavə edib.Jerve Martel deyib ki, sabah iyulun 9-da hər şey yaxşı olacaq və H.Məmmədov da sevinəcək. Çünki onlar qərardan apellyasiya veriblər və DNCG iyulun 9-da məsələyə baxmalıdır.
Gözlənilir ki, DNCG “Hafka”nın köçürdüyü 10 milyon avroya baxmayaraq “Lans”ın yüksək liqaya buraxılmaması barədə qərarını qüvvədə saxlasa azərbaycanlı oliqarx sevimli fransalı ortağını dərhal klubdan qovacaq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024