Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (23-05-2014, 10:36)
Anar Məmmədov “Hafka”nın obyektini buldozerə verdirib?

Beləliklə, nə baş verməli idisə, o da baş verdi. Daha çox kriminal çalarlı “Hafka” ləqəbi ilə tanınan azərbaycanlı oliqarx Hafiz Məmmədov “Bank of Azerbaijan”ın Müşahidə Şurasının (MŞ) sədrliyindən kənarlaşdırıldı. Bankın səhmdarlarının növbədənkənar iclası yeni İdarə Heyəti (İH) və MŞ seçdi. Mehman İsmayılov MŞ sədri oldu...

 

Bu qərar çoxlarına gözlənilməz görünə bilər. Çünki nəqliyyat naziri Ziya Məmmədovun çoxdankı şəriki “Hafka” daha koloritli fiqur təsiri bağışlayırdı. Onun biznes və idman sahəsindəki fəaliyyəti az qala əfsanəyə dönmüş, bu rəvayətlərin bir çoxu da mətbuata, o cümlədən xarici mətbuata çıxmışdı. “Hafka” Fransada da çox məşhurdur. O, Avropanın aparıcı nəşrlərinin “qəhrəmanı”na çevrilib.
Lakin bu prosesin baş verəcəyi artıq qaçılmaz idi. Mətbuat “Bank of Azerbaijan”ın maliyyə vəziyyətinin pisləşdiyini əvvəllər də yazırdı. Maliyyə çətinlikləri ilə üzləşən bankın əsas ofisini Ziya Məmmədova məxsus olan “Garant” holdinqin binasından çıxardılar. Bankın digər filialları da yerləşdikləri ofislərdən çıxarıldılar. Bankın müştəriləri isə hesablarındakı pulları çıxara bilməməkdən şikayətlənirdilər...
Nəhayət, Azərbaycan Mərkəzi Bankı bu bankın axırının çatması barədəki şayiələri mayın 10-da təsdiqlədi. Mərkəzi Bankın sədri Elman Rüstəmov “Bank of Azerbaijan” likvidliklə bağlı “müvəqqəti çətinliklərin olduğunu” dedi.
Qeyd edək ki, elə bu yaxınlarda bankın keçmiş şərikləri arasında ixtilaflar yaranmış, səhmdarların tərkibində dəyişiklik olmuşdu. Bundan sonra “Bank of Azerbaijan”ın səhmlərinin böyük hissəsi “Hafka”nın oğlanlarının nəzarətinə keçmişdi. Belə ki, Kənan və Sənan Məmmədovların hər birinə səhmlərin 43,63 faizi (21.817.500 manat) məxsus idi. “Hafka” özü isə MŞ sədri olaraq qalırdı.
Beləliklə, elə görünə bilərdi ki, “Bank of Azerbaijan” tamamilə Hafiz Məmmədovun nəzarətinə keçib.
Əslində isə vəziyyət başqa cür imiş. Yoxsa oğlanları “Hafka”nı MŞ sədrliyindən niyə kənarlaşdırsın?! Onlar bunu nə etməz, nə də edə bilməzdilər. Yəni burada Məmmədovlar ailəsi ilə bağlı problem yoxdur. “Hafka”nın buradakı rəhbərliyi səhmdarların tərkibinə nəzərən əslində formal idi. O, vaxtının çoxunu xaricdə keçirir. Onun bankçılıqdan daha maraqlı məşğuliyyət sahələri var - futbol, əyləncə mərkəzləri, elit markalı şərabların dadına baxmaq...
“Hafka”nın bank işi ilə məşğul olmağa sadəcə vaxtı və həvəsi yox idi. Bunu ötən həftə verdiyi müsahibəsindəki bir fikri də təsdiq edir. O deyir: “Bu günlərdə bankın filiallarından birinin ləğvi barədə sərəncam imzaladım, amma söhbətin hansı filialdan getdiyini xatırlaya bilmirəm”.
Görünür, “Hafka”nın ailəyə və şəriklərinə baha başa gələn belə əhlikefliliyi hamını boğaza yığıb ki, ondan nəhayət, tamamilə yaxa qurtarmaq qərarına gəliblər. Halbuki Ziya və Hafiz Məmmədovların dostluğu bu vaxta qədər çox möhkəm və əzəli-əbədi sayılır, çoxuna sarsılmaz və pozulmaz kimi görünürdü...
“Hafka” ötən həftə verdiyi müsahibəsində “böyük dostu” Ziya Məmmədovu necə oldusa hətta “atam” deyə adlandırdı. Amma bica yerə. Hətta “doğma atası” da təkcə “atası”nın bankını yox, həm də özünün iki futbol klubunu - “Bakı” ilə “Lans”ı (Fransa) iflas həddinə gətirən “əfəl oğuldan” imtina etdi.
Mətbuatda “atası”nın ünvanına bəy tərifi yağdırmasına baxmayaraq “Hafka” ilə nəqliyyat nazirinin biznesinin top-meneceri olan oğlu Anar Məmmədov arasındakı münaqişə gündən-günə dərinləşirdi.
Hər şey Qolf Federasiyasının prezidenti olan Anar Məmmədovun “Hafka”dan “Bakı” klubundan imtina etməyi tələb etməsindən başlamışdı. “Hafka” bu tələbi rədd edincə onun futbol klubunun bazasına buldozer və ekskavatorlarla hücum olmuşdu. Traktorçulara şəxsən Anar Məmmədov özü rəhbərlik edirdi. İdmançıların məşqdən sonra dincəldiyi kotteclər bir andaca yerlə-yeksan edildi. Bazanın həndəvərində hər yeri qazıb tökdülər. Nəticədə “Bakı”nın bazasının fəaliyyəti iflic oldu. Bazanın su təchizatı hələ də qaydasında deyil.
Anar Məmmədov bütün bunları həmin ərazidə Qolf Federasiyası üçün bina tikintisi zərurəti ilə izah edirdi. Bu isə təbii ki, formal izah idi. Şəxsi düşmənçilik artıq açıq münaqişəyə çevrilmiş və miqyası da böyümüşdü...
Bundan sonra - indi isə Anar Məmmədov “Lans” (“Racing Club de Lens”) klubuna olan iddialarını da ortaya qoyub. Lakin “Hafka” hələ də müqavimət göstərir. Bu savaşın necə bitəcəyinə dair proqnoz vermək çox çətindir. Amma əyalət adamı səviyyəsindən yuxarı qalxa bilməyən azsavadlı “Hafka”nın həyat tərzi və biabırçılığa bərabər mənfi imici (Əliyev elitasında isə belələrini sevmirlər) bu müharibənin necə bitəcəyi barədə müəyyən qənaətlərə gəlməyə imkan verir...
Belə xəbərlər də var ki, “Hafka” özünün əsas gəlir mənbəyini - Qazaxıstan neftinin nəqli üzərindəki inhisarçılıq hüququnu da tezliklə itirəcək...
“Hafka” düşmənlərinə özü bacardığı qədər kömək edib və edir. O, böyük neft pullarının təzyiqinə dözə bilmədi. Son zamanlar onun qalmaqalların mərkəzində dayanması da bununla bağlıdır.
Doğrudur, Hafiz Məmmədov özünü zahirən tox tutmağa, təmkinli və sakit aparmağa çalışır, heç bir maliyyə probleminin olmadığını deyir. Amma təhlilçilər və proseslər “Hafka” erasının sona çatdığını göstərir. O, daha irimiqyaslı oliqarx Ziya Məmmədovla münaqişədən salamat çıxa biləcəkmi?
Köhnə dostlar artıq düşmənçilik yolunu tutublar və Məmmədovların nəhəng maliyyə imperiyasını bölüşdürmək uğrunda çarpışırlar. “Hafka” bu mübarizədə mövqelətini deyəsən, itirməkdədir. Belə deyirlər ki, “Hafka”nın aktivlərinin bir hissəsi tezliklə onun “atası”nın əlinə keçəcək. Belə görünür ki, iki Məmmədovların imperiyasının bölüşdürülməsi prosesi artıq sona yaxınlaşır. Bu imperiyada ikinci adam, yəni “Hafka” isə artıq görünür...
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024