Gündəm (28-06-2014, 14:19)
Bakıda ATƏT PA-nın iclası başladı
İlk olaraq ATƏT PA-nın sədri Ranko Krivokapić çıxış edib
O gündəliklə bağlı məlumat verib. Bundan sonra bir sıra ölkələrdən olan deputatlar bəzi suallar veriblər.
Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova Qarabağ münaqişəsi ilə bağlı ATƏT PA-nın fəaliyyətinin o qədər də yetərli olmadığını bildirib: «Bizim gündəlikdə Ukraynadakı böhranla bağlı məsələ var və biz bu məsələni müzakirə edəcəyik. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu məşğul olur. Hesab edirəm ki, bu məsələdə ATƏT PA-nın fəaliyyəti zəifdir. ATƏT PA-da bu sahədə fəaliyyətini artırmalıdır».
Ranko Krivokapić Bahar Muradovanın bu fikri ilə razılaşdığını bildirdi. Təmsil etdiyi qurumun bu sahədə fəaliyyətinin artırılmasına ehtiyac olduğunu deyib.
Daha sonra ATƏT PA-nın maliyyələşməsi ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Ranko Krivokapić qurumun büdcəsinin o qədər də çox olmadığını vurğulayıb. O, bu il büdcənin 1.5 faiz artırılacağını bildirsə də, görüləcək işlər üçün bunun yetərli olmadığını söyləyib:
«Bütün işlərin görülməsi puldan asılıdır. Pulsuz hər hansı işi görmək mümkün deyil. Hesab edirəm ki, üzv ölkələr öz öhdəliklərinə əməl etməlidirlər».
Müzakirələrdən sonra ATƏT PA-nın 2014-2015-ci il üçün büdcəsi qəbul edilib.
ERMƏNİ DEPUTATLAR DA GƏLİB
İyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyası başlayıb.
ATƏT PA-nın mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, müxtəlif ölkələrdən olan 300-ə yaxın parlamentarinin iştirak edəcəyi beşgünlük sessiyada insan hüquqları, demokratiya, iqtisadiyyat, elm, ətraf mühitin qorunması, ATƏT regionunda ekstremizm, radikalizm, ksenofobiya, Ukraynadakı böhranla bağlı müzakirə və debatlar olacaq.
Plenar iclasların açılışında prezident İlham Əliyev, ATƏT-in hazırkı sədri, İsveçrənin xarici işlər naziri Didier Burkhalter, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, Ukrayna Ali Radasının sədr müavini Ruslan Koşulyanskinin çıxışları gözlənilir.
İyulun 1-də sessiyada Ukraynadakı böhranla bağlı xüsusi müzakirə olacaq.
Sessiyasının sonuncu günü, iyulun 2-də siyasi, təhlükəsizlik, insan hüquqları və iqtisadi məsələlərlə bağlı tövsiyələrin yer aldığı yekun Bakı Bəyannaməsi qəbul ediləcək.
Sessiyada Ermənistandan da 5 deputat iştirak edir. Sessiyaya Azərbaycandan 6 deputat qatılıb - Eldar İbrahimov, Azay Quliyev, Bahar Muradova, Rəbiyyət Aslanova, Fəttah Heydərov və Ağalar Vəliyev
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024