Siyasət (27-06-2014, 21:22)
Narışkin İlham Əliyevlə görüşdü
Hesab edirəm ki, ATƏT Parlament Assambleyasının Bakıda keçirləcək növbəti sessiyasında Rusiya və Azərbaycan yaxşı koordinasiya nümayiş etdirəcəklər
"Mediatv.az" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
“Biz özümüzü evimizdəki kimi hiss edirik, elə bil doğma torpağımızdayıq. Bu bizə böyük inam hissi verir. Biz azərbaycanlı parlamentarilərlə müxtəlif beynəlxalq parlamentlərdə, o cümlədən ATƏT Parlament Assambleyasında yaxşı koordinasiya nümayiş etdiririk”, - deyə Narışkin bildirib.
Onun sözlərinə görə, ATƏT PA-nın yaxın günlərdə keçiriləcək sessiyası maraqlı olacaq: “Bu bizi sevindirir. Biz buna hazırıq, çünki haqq bizim tərəfimizdədir”.
Azərbaycan Prezidenti İlham Əliyev öz növbəsində bildirib ki, qarşıdakı sessiyada tərəflər eyni yanaşma nümayiş etdirəcək: “Hər iki dövlət beynəlxalq aləmdə eyni yanaşma nümayiş etdirir və ikitərəfli əməkdaşlıq prosesi dinamik şəkildə inkişaf edir”.
Prezident Narışkinin Azərbaycana səfərinin rolunu xüsusi qeyd edərək, bunun münasibətlərin siyasi, iqtisadi və humanitar sferalarda inkişaf etdiyinin göstəricisi olduğunu bildirib: “Biz bütün istiqamətlərdə effektli işləyirik, bu effektli əməkdaşlığın davamına ümid edirik”.
Xatırladaq ki, sabah ATƏT PA-nın Bakıda sesiyası başlayır və iyunun 19-da bakıda görüşlər keçirən Dumanın spikeri bu tədbirdə iştirak üçün artıq Azərbaycandadır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024