Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (5-06-2014, 16:38)
«Kapitalbank»ın İsmayıllı filialında kredit qaydaları pozulur?

İsmayıllı rayon sakinləri «Kapitalbank»ın yerli filialından narazıdır.

 

Onlar Azadlıq Radiosunun bölgə müxbirinə bu bankın bürokratik əngəllərinin bitmədiyini söyləyirlər. Sakinlər bir neçə ay öncə sovet dönəmindənqalma əmanətlərini alarkən heç bir qeydsiz pul tutulduğunu bildirmiş, bu şikayət mediada da əksini tapmışdı. Onlar indi də filialın açıq reklam etdiyi öz kredit qaydalarını pozmasından, daha doğrusu, heç bir qaydaya əməl etməməsindən şikayətlənirlər.
 
«140 azn pul tutdular, 20 azn-nin qəbzini verdilər»
 
Rayon sakini Sadiq Umudlu bir ay əvvəl «Kapitalbank» İsmayıllı filialından 2 min manat kredit götürdüyünü deyir, amma:
 
«Məndən müxtəlif bəhanələrlə 140 AZN pul tutdular və mənə 1860 AZN verdilər. Kassadan pulu alanda, mənə 20 AZN tutulması haqqında qəbz verdilər... 120 AZN-in hara getdiyini təsdiqləyəcək sənəd ortaya çıxmadı. İndi mən 2400 manatdan çox pul ödəməliyəm. Üstünə 140 manatı da gələndə, haradasa 40%-dən yuxarı edir. Ancaq bankda yazıb reklam edirlər ki, guya bunlar 20-23%-lə kredit verirlər. Görün, vətəndaşı necə aldadıb cibinə girirlər. Adam çarəsiz qalıb kreditə girir, bunlar da belə edirlər. Başqa tanıdıqlarım var, məndən sonra 2500 AZN kredit götürüb, ondan 100 AZN alıblar, daha bir nəfər 6000 AZN kredit götürüb, ondan 485 AZN pul tutublar. Bunu hansı əsasla edirlər? Beləcə, ölü vəziyyətində olan vətəndaşı bir az da quyunun dibinə itələyirlər».
 
«Çox məsələləri kredit alan şəxslərdən gizlədirlər»
 
Kimliyinin açıqlanmasını istəməyən başqa bir şikayətçi həmin filialdan 2500 manat kredit götürdüyünü deyir:
«Buna görə məndən azı 100 manat pul tutdular. Özlərində qalan sənədlərə qeyd etsələr də, çox məsələləri kredit alan şəxslərdən gizlədirlər. Bilirsiniz, biz gənc ailəyik, istəyirik ki, nəsə bir şərait quraq. Buna görə də məcburuq banklardan kredit götürək... Banklara nəzarət olmadığına görə kim necə istəyir, elə də qayda tətbiq edir. Dirəşib etiraz edəndə də deyirlər ki, biz sizi kredit götürməyə  məcbur eləməmişik ki... Xoşunuz gəlmir, gedin başqa yerdən alın. İmkansızlıq insanı çox sıxır, ona görə də razılaşmaq zorundayıq. Ancaq şəxsən mən bu qaydalarla razı deyiləm, bunun bir adı var – soyğunçuluq. Hər birimiz bilirik ki, bankların arxasında kimlər durur. Baxın, rəsmilər öz vətəndaşlarını banklarla soyub talayırlar. Ölkədə normal iş, əməkhaqqı olsa, kimin nəyinə lazımdır kredit almaq? Qəsdən ölkədə belə şərait yaradıblar ki, qoy vətəndaş həmişə bir qarın çörəyini düşünsün».
 
«Kapitalbank» filialının sədri: «Belə şeylər bizdə yoxdur...»
 
«Kapitalbank»ın İsmayıllı filialının müdiri Yusif Abbasov sakinlərin durumunu anladığını, amma deyilənlərlə razılaşmadığını bildirdi:
 
«O məsələlər ümumiyyətlə mümkün deyil. Nə tutulma varsa, bu haqda kredit götürən şəxsə qəbz verilir və qəpiyinədək qeyd olunur.  Komisyonhaqqı və xidməthaqqı tutulur və vətəndaşlara yazılı qəbz təqdim edilir. Mən özüm şəxsən pul alan vətəndaşları qəbul edir, onlara verilən çeklərə və digər sənədlərə baxıb yola salıram. Hansısa vətəndaşın narazılığı varsa, buyursun ona verilmiş çeklə bərabər gəlsin. Mən çox məmnuniyyətlə onları qəbul edib izah edim ki, bütün bunlar hansı prosedurlardan keçir. Orada yenə deyirəm, bir manat belə «kiməsə hörmət elədim», «kiməsə artıq pul verdim» məsələsi ola bilməz. Birincisi ola bilməz, ikincisi də odur ki, bütün əməliyyatlara nəzarət edirəm. Tam səmimi deyirəm. Biz də bilirik ki, insanlar kefdən gəlib kredit götürmürlər. Hərənin min dərdi var. Vətəndaşın qəpiyinə, manatına göz dikmək yaxşı iş olmazdı. Şükür ki, belə şeylər bizdə yoxdur».
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024