Gündəm (8-02-2014, 15:17)
Unversitetin bütün dekanlarından istefa ərizəsi alındı
Sumqayıt Dövlət Unversitetində bütün dekan və dekan müavinlərinin işdən azad edilmək barədə ərizələri alınıb.
“Mediatv.az” xəbər verir ki, Avropa.info-nun əldə etdiyi məlumata görə, buna səbəb SDU-nun bir müddət öncə vəzifəsindən çıxarılmış rektoru Nadir Qəhramanovun, dolayısı ilə eks- Təhsil naziri Misir Mərdanovun kadrlarını ali məktəbdən təmizləməkdir. Qeyd edək ki, SDU Nadir Qəhramanovun dönəmində rüşvətxorluğa görə ölkənin ən öndə gedən ali təhsil müəssələrindən biri sayılırdı. Təhsil naziri Mikayıl Cabbarovun sərəncamı ilə SDU-ya prorektor təyin olunan və rektorun vəzifələrini icra edən BDU-nun keçmiş prorektoru Elxan Hüseynovun gəlişindən sonra isə ali məktəbdə vəziyyət dramatikləşib. Əldə etdiyimiz məlumata görə, bir müddət öncə, prorektorun nəzarəti altında dokturanturaya imtahan keçirilib. Əvvəlki rektorun dövründə dokturanturaya qəbul olunmaq üçün pul verənlərin hamısı bu imtahandan kəsilib. İmtahanın şəffaf keçdiyi bildirilir. Bir neçə gün öncə isə Elxan Hüseynov SDU-nun bütün dekan və dekan müavinlərindən işdən azad edilmək üçün ərizə alıb.
Əvvəllər BDU-da prorektor vəzifəsində çalışan Elxan Hüseynovun rektor təyin olunmaq üçün prezidentə təqdimatının göndəriləcəyi də bildirilir.
Xatırladaq ki, keçmiş rektor Nadir Qəhrəmanov keçmiş təhsil naziri Misir Mərdanovun kadrı və dostu sayılırdı. Bir müddət öncə, N.Qəhrəmanov tutduğu vəzifədən istefa verib.