Gündəm (12-11-2015, 12:43)
MTN sağlam təfəkkür axtarışında!
Cənubi Afrika Respublikasından ermənilərin əli ilə Bakıya gətirilmiş “Yaşıl Brilliant”lar MTN generalları arasında bölüşdürülmüşdü.
“ASALA” erməni terror qrupları haqqında ABŞ Dövlət Departamentinə yazılı məlumat verən MTN generallarını necə başa düşək.? Bizim üzdəniraq general yazır ki, “ASALA” – erməni terror təşkilatı deyil və biz onu terror təşkilatı kimi tanımırıq.
Ulu Öndər Heydər Əliyevin sevdiyi və əsasını qoyduğu nazirlik ətrafına sağlam təfəkkürlüləri cəlb edə biləcəkmi?
Araşdırma materiallarına görə Azərbaycan MTN-də baş verən olaylar xarici mətbuat səhifələrində geniş təhlil olunmaqdadır. Şübhəsiz ki, baş verənlər nəticə etibarı ilə heç də dövlətçiliyimizin, ölkə başçısının qurduğu təhlükəsizlik strategiyasının iflasa uğraması, heçə enməsi demək deyil. Dövlət yaşayır, müstəqil Azərbaycan yaşayır. Dövlət başçısı cənab İlham Əliyevin ardıcıl dövlətçilik ənənələri davam edir. Məsələn, Vaşinqtonda nəşr olunan “Məxfi işlər” informasiya bülletenində verilən icmalda qeyd olunur ki, yanacaq resursları ilə zəngin olan Azərbaycan Respublikasında Milli Təhlükəsizlik Nazirliyi dövlətə və millətə xəyanətdə təqsirlədirilib.
Nazirliyin iki generalı Ermənistanın RF-dakı daimi nümayəndəliyinin başçısı, məşhur brilliant alverçisi Ara Abramyanla uzun müddət idi ki, iş birliyi qurmuş, böyük məbləğlərdə alver işi aparmışlar. General-polkovnik Eldar Mahmudovun dəstəsi varlandıqca, qeyri-qanuni gəlir yollarına sahib olduqca, daha da azğınlaşırdılar. Dövlətin və insanların təhlükəsizliyi yaddan çıxıb, unudulur, nəticədə Azərbaycan regionda ən gücsüz ölkədən birinə çevrilirdi... MTN-də hər şöbə və yaxud idarə özü üçün işləyirdi. Onlar arasında “Kimin daha çox varlı olması” istiqamətində yarışlar gedirdi. Məsələn, məlumata görə Cənubi Afrika Respublikasından ermənilərin əli ilə Bakıya gətirilmiş “Yaşıl Brilliant”lar MTN generalları arasında bölüşdürülmüşdü. Ümumi dəyəri 520 milyon dollar olan bu “Yaşıl Brilliant Dəst”ləri uğrunda uzun müddət idi ki, mübarizə gedirdi. Öz tutduğu mövqelərdən istifadə edərək var-dövlət və sərvət yığan bu adamlar üçün vətən və millət, torpaq və sədaqət... anlayışları artıq ölmüşdü. Artıq onlar idarə etmirdilər... onlar idarə olunurdular.
“ASALA” erməni terror qrupları haqqında ABŞ Dövlət Departamentinə yazılı məlumat verən MTN generallarını necə başa düşək.? Bizim üzdəniraq general yazır ki, “ASALA” – erməni terror təşkilatı deyil və biz onu terror təşkilatı kimi tanımırıq. Görən dövlət başçısından və ictimaiyyətdən xəbərsiz baş verən bu yazışmaların arxasında nə dayanırdı? Xəyanət, yoxsa vətən sevgisi? MTN əməkdaşlarının diktəsilə son iki ildə nəşriyyatlarımızdan 16 adda ermənilərin əleyhinə yazılmış kitabların çapı qadağan edilib. Məlumata görə MTN daxilində ermənilərlə qardaşlaşma siyasətinin əsasları formalaşırdı...
Bizim MTN generalları (onlar artıq bizim deyil) özlərinin yaşadıqları mənzillərdən birbaşa Ermənistandakı və eləcə də işğal olunmuş ərazilərimizdə yuva qurmuş terrorçu-generallarla nəyi bölürdülər, nəyi müzakirə edirdilər? Ona-buna qulaq asan general xanım Mürvətdinovanın bu danışıqlardan xəbəri olubmu?..
Azərbaycanın xaricdə yaşayan düşmənləri iddia edirlər ki, Azərbaycan aldığı zərbədən çətin ki, ayağa dura. Bunu Boston ştatında (ABŞ) nəşr olunan “Boston qlob” (“Boston Globe”) qəzetinə soxulmuş erməni və yaxud (nə qədər qəribə də olsa) türk yazarları qeyd edirlər.
Mənim xatırlatımam var, cənablar. Necə ola bilər, məgər 2015-ci ilin aprel sayında Azərbaycan Prezidentinin Təhlükəsizlik Strategiyasını digər Xəzəryanı dövlətlərə nümunə göstərən Sizin qəzet deyildimi?
Xatırladım ki, MTN Azərbaycan demək deyil. Müstəqil Azərbaycan yenə ayaqdadır. Onun öz millətini sevən, qanını həmişə ona fəda etməyə hazır olan və onunla fəxr edən yüksək əxlaqa və intellekt səviyyəyə malik Prezidenti var. Onun Azərbaycan xalqı arasında reytinqi 91 faizə çatıb.
Araşdırma materiallarına görə MTN-də baş verən hadisələr... xaricdə yaşayan
dostlarımıza da pis təsir edib. Məsələn Vaşinqtondakı Yəhudi Cəmiyyətinin üzvləri MTN olayları ilə bağlı kiçik bir bəyanat imzalayıblar. Ölkə başçısına ünvanlanmış bu bəyanatda qeyd olunur ki, Azərbaycan yenə öz qüdrətində, öz gücündə dayanıb. Orada yaşayanların ruhdan düşməyə haqları yoxdur. Çünki, prezident İlham Əliyev fəxr olunası dövlət başçısıdır.
Fikrimcə MTN dumanlı, ziddiyyətli, həmişə sərvət toplamağa meylli olan, nəfsinə qul olan, xəstə... təfəkkürlərdən xilas olmalıdır. MTN-nə sağlam, millətini və xalqını, prezidentini, torpağını sevən təfəkkür sahibləri cəlb olunmalı... zorla, şər və böhtanla, yalan damğalarla işdən qovulanlar qayıtmalıdırlar. MTN-ni alver və bazar, kobud qəssab və naşı siyasətçi təfəkküründən xilas edin...
Siz isə, baş verən analoqu olmayan hadisələrdə ittiham olunan MTN generalları, öz rütbələrinizdən imtina edin. Könüllü imtina edin. Çünki bu rütbələr sizin deyil. Hərdən düşünürəm. Görən, özünün qanı və ürəyi hesab etdiyi MTN-ni bu vəziyyətdə ulu öndər Heydər Əliyev görsəydi nə edərdi? Ən azından sizin general rütbələrinizi geri alardı. Sonra törətdikləriniz cinayətlər müqabilində sizləri ittiham edib, vətənə xəyanətdə təqsirkar bilərdi...
Araşdırma materiallarına görə Azərbaycan MTN-nin rəhbərliyi Türkiyənin, İranın, RF-nın... “İŞİD”ə qarşı birgə nəzərdə tutulmuş antiterror əməliyyatlardan imtina edib. (İmkan varsa həmin ölkələrin mətbuat səhifələrini vərəqləyin). İndiyədək Azərbaycan MTN ilə Türkiyə arasında üç dəfə (2006-cı il, 2008-ci il, 2010-cu il), İran İslam Respublikası arasında iki dəfə (2010-cu il, 2014-cü il), RF-sı ilə altı dəfə (2006-cı il, 2008-ci il, 2003-cü il, 2011-ci il, 2012-ci il, 2015-ci il). Beynəlxalq terrora qarşı birgə mübarizənin sənədləri imzalanıb. Hansı səbəbə görə ölkələrin antiterror əməliyyatı ilə bağlı çağırışları ölkə başçısından gizlədilib.
Mən araşdırma zamanı rast gəldiyim məsələlərin bir qismini dəfn edə bilmirəm. Anlaya bilmirəm, necə ola bilər ki, MTN generalı (əlbəttə indi sabiq) Antaliyada olan villasını on il müddətinə ermənilərin “ASALA” terrorçularına icarəyə verib. (Deyəsən bunlar heç azərbaycanlı olmayıblar). Türkiyənin Milli İstihbaratı bununla bağlı (yəni ölkə kəşfiyyatı) MTN rəhbərliyinə bu ilin aprel ayında etirazını da bildirib...
Məlumata görə MTN-nin xüsusən sərhəd bölgələrindəki inzibati binaları ekranizasiya olunmayıb. Otaqlarda aparılan bütün söhbətlər və məlumatlar necə deyərlər. “Mürəkkəbi qurumamış” dükan-bazarlarda, çayxanalarda... müzakirə obyektinə çevrilir. İnzibati binalarda məxfilik prinsipindən əsər-əlamət yoxdur.
Biz araşdırmalarımızı davam etririk. Məqsəd dövlətçilik prinsiplərini qorumaq və ona xidmət etməkdir.
Rövşən Novruzoğlu: ekspert
Xeberinfo.com