Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm / Slayd (5-11-2015, 10:33)
Eldar Mahmudov Abutalıbovu oğluna görə ilişdiribmiş - Sensasiya


 

Milli Təhlükəsizlik Nazirliyində (MTN) məlum dəyişikliklərdən sonra bu qurumla bağlı xeyli faktlar üzə çıxdı. Məlum oldu ki, ayrı-ayrı sahibkarlar, vəzifəli şəxslər MTN çetesinin şantajına, təzyiqlərinə məruz qalıb. Reket üsulları ilə fəaliyyəti göstərən bir sıra təhlükəsizlik zabitlərinin əməlləri barədə mətbuatda son 15 gündə xeyli araşdırma yazılar dərc edilib.

Mediatv.az xəbər verir ki, lakin son günlərdə hakimiyyətə yaxın mənbələrə istinadən verdiyimiz təhlildə də göstərildiyi kimi, bu çetə, öz mövqeyini möhkəmləndirmək məqsədilə, siyasi və dini müxalifət üzərindəki nəzarətini gücləndirməklə dövlət içində “dərin dövlət” yaratmağa cəhd göstərib, özünü əvəzolunmaz etmək, mövqelərini əbədiləşdirmək və bu mövqelərə təhlükə yaranarsa, dövləti belə təhdid etmək məqsədilə müxtəlif rıçaqlara əl atıb.
Hökumət dairələrindəki qaynağımızın bildirdiyinə görə, bu yolda 2 mühüm vasitələrdən biri - siyasi müxalifət üzərində - tam nəzarəti ələ keçirmək o qədər də asan olmayıb, çünki bu sahədə başqa “ağırçəkili” oyunçular - istər PA, istərsə də iqtidara yaxın digər oliqarxlar da fəaliyyət göstəriblər. 
Məhz bu səbəbdən E.Mahmudov zaman-zaman həm Administrasiya, həm digər nüfuzlu oliqarxlarla münasibətlərində gərginlik dövrü yaşayıb. Lakin digər rıçaq - dini müxalifət və dini radikallar faktoru demək olar ki bütövlükdə MTN-nin nəzarətində olub. Bu sahəyə şəriksiz nəzarət çetenin əlində hakim elitanı daim təhdid edə biləcək, özünün isə əvəzolunmazlığını nümayiş etdirəcək unikal bir rıçaq rolunu oynayıb.
Bizə çatan məlumatlarda qeyd olunur ki, bu faktordan sadəcə “radikal islamçıların önündə iqtidarın yeganə sipəri bizik” tezisini yeritmək məqsədilə deyil, həm də MTN-nin ipə-sapa yatmayan məmurları cəzalandırmaq və ya biət etdirmək üçün də istifadə olunub. Əlbəttə ki bu kontingentlə iş zamanı təhlükəsizlik nazirliyindəki qruplaşma üzvləri ana marağını - tamahlarını da unutmayıblar.
Artıq mətbuatda MTN-in sabiq rəhbərliyinin gizli silahı - radikal vəhhabilərlə baglantıları barədə məlumatlar geniş yer aldığından bu mövzu üzərində çox dayanmaq istəmirik. Sadəcə, keçən yazılardan birində qeyd etdiyimizi xatırladaq ki, MTN zabitlərinin vəhhabilərlə bağlı iş istiqamətlərindən biri də bu dini cərəyan üzvlərinə maliyyə yardımı göstərən şəxslərdən və ya onların yaxın qohumları olan iş adamı, həmçinin məmurlardan şantaj və hədə-qorxu yolu ilə böyük məbləğdə pul qoparmaq olmuşdur.
Özəl qaynaqlarımızdan aldığımız şok sayıla biləcək bilgilərə görə, Eldar Mahmudov qruplaşmasının bu istiqamətdəki əməlləri barədə konkret faktlar üzərində artıq istintaq da işləyir.
Mətbuatda əvvəllər yazıldığı kimi, Bakı ŞİH-in başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov vəhhabidir. Bu barədə o qədər çox yazılıb, çox danışılıb ki, hətta dinə heç bir aidiyyatı olmayanlar da bundan xəbərdardırlar. Məsələn, onun xarici ölkələrdən birində olarkən bu zəhərli cərəyana beyət etməsi, məhz bundan sonra bir çox anormallıqlara düçar olması, bu səbəbdən boşanması və sair haqda mətbuat xeyli materillar dərc edib. Qaynağımızın bildirdiyinə görə, merin oğlu hətta Azərbaycandakı vəhhabilərin əsas sponsoru rolunu da oynayıbmış.
Təbii ki, MTN də bunu bilirdi. Amma bilavasitə E.Mahmudovun göstərişi ilə nazirlikdə bu sahədə fəaliyyət göstərən xüsusi qrupun əməkdaşları sadəcə faktları toplamaqla kifayətlənməyiblər. Belə ki, onlar H.Abutalıbovun oğlunu nəzarətdə saxlayıb, onun başıpozuq hoqqalarının, bəzən isə aşkar qanun pozuntularının qarşısını almağa nəinki cəhd göstərməyib, əksinə, öz adamlarını onun yaxın ətrafına daxil edərək bir qədər də radikallaşmasına imkan yaradıblar. 
Məhz kənardan yeridilmiş “öz adamlarının” təsiri ilə H.Abutalıbovun oğlunun daha radikal düşüncəli dindaşları ilə yaxınlığı, radikal təriqətə maliyyə yardımının göstərilməsi “təmin” edilib.
Oğul Abutalıbov xirtdəyə qədər zibilə batandan sonra isə bütün faktlar əyani vəsaitlərin müşayiəti ilə ata Abutalıbovun masasının üzərinə qoyulub. Bakı merinə iki variant təklif edilib: ya oğlu həbs edilir, özü isə biabır olur (tutduğu postdan məhrum olur); ya da ki... MTN şefinə biət edir. Sövdələşmənin detalları bəlli olmasa da onun nəticələrindən ikisi göz önündədir. Məhz bu əməliyyatdan sonra öncə Eldar Mahmudovun “Kristal” MMC-sinin, sonra isə onun ortağı və qudası Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin şirkətləri paytaxtın müxtəlif yerlərində dəbdəbəli binalar ucaltdırıb. Özü də heç bir sənəd, icazə və yoxlama problemi ilə üzləşmədən. 
Bəs İsrafil Abutalıbov necə? MTN vədinə xilaf çıxmayıb. Merin oğluna ölkəni tərk etməyə imkan yaradılıb və o, Türkiyəyə üz tutub, bu gün də İstanbulda yaşamaqda və zaman-zaman Bakıya gələrək bizneslərinə və həmtəriqətçilərinə baş çəkir. İsrafil Abutalıbov o qədər arxayınlaşıb ki, bu yaxınlarda mətbuatda keçən bir iddiaya görə, hətta yaxın olduğu radikal vəhhabi din xadimi Əlixan Musayevin ölkə başçısının təşəbbüsü ilə tikilmiş Heydər Əliyev məscidinin baş imamı təyin edilməsi sahəsində təşəbbüsdə bulunub.
Onu da əlavə edək ki MTN-nin şərləmə və şantaj əməliyyatına məruz qalmaq üçün məmur yaxılarnın heç də İsrafil Abutalıbov kimi uzun saqqal və qısa şalvarlı olması şərt deyilmiş. 
Bizdə olan məlumata görə, bənzər əməliyyat gömrük sistemindəki digər yüksək çinli məmura qarşı da keçirilib. Bu məmurun ailə üzvlərinin dindar olması, dini həyat tərzi sürmələri, hətta hicablı olması hökumət dairələrinə sirr deyil. Lakin MTN-i maraqlandıran həmin şəxsin ölkəyə məşhur brendlərin ixracı, bu sahədə biznes şəbəkəyə malik olması və dini inancından dolayı xeyriyyə məqsədli, özü də açıq şəkildə pul xərcləməsi olub. Məhz bu amil də yekunda onun MTN-in diqqət mərkəzinə düşməsi ilə nəticələnib. Bu faktorların sintezi MTN-ə həmin iş adamını nə az nə çox İŞİD-i maliyyələşməkdə ittiham etməklə sonuclanıb.
Təbii ki, iş adamının məhz bu fəaliyyətində milli təhlükəsizlik üçün təhdidlərin olub-olmamasını demək gülüncdür. Ən azı ona görə gülüncdür ki həmin iş adamına qarşı hazırlanmış “dosye” hüquq- mühafizə orqanlarına deyil, məhz radikal cərəyana qoşulan şəxsin məmur qohumuna təqdim olunub. Məqsəd həmin məmurdan şantaj yolu ilə pul qoparmaq olub.
Bu sövdələşmənin detalları bəlli olmasa da, sonucları göz önündədir. “İŞİD-i maliyyələşdirmə” şantajından sonra E.Mahmudova məxsus bahalı maşınların, eksklüziv şərab məhsullarının və daha neçə malların ölkəyə “maneəsiz idxalına” elə həmin vaxtdan yaşıl işıq yandırılıb. MTN şefinin himayə etdiyi biznesmenlərə (o cümlədən, deyilənə görə, vəhhabilərlə şərik işlədilən nəhəng tikini materialları satış şirkətinə) böyük güzəştlər verilib, biznesin müəyyən sahələrində monopoliya qurulub.
Gerçək təhlükə mənbəyi olan radikal dini cərəyanın ölkədaxili artımını maliyyələşdirən və Mahmudovun çətiri altında, hətta  bəhsi keçən bizneslərdə onunla ortaq olan vəhhabilərin biznes şəbəkələrinə isə “gözün üstündə qaşın var” demək istəyənlərə qarşı preventiv tədbirlər keçirilib. 
Məsələn, verdiyimiz xəbərdə Vergilər Nazirliyi vəhhabilərin biznes şəbəkəsinə qarşı yoxlamalar keçirmək istəyəndə, bu qurumun əməkdaşlarına, hətta rəhbərliyinə qarşı toplanan “kompromatlar” işə salınaraq proses dayandırılıb. Vergilər Nazirliyində bu sahəyə Eldar Mahmudovun adamı, “MTN işi”lə bağlı həbs edilmiş, nazirliyin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, general Vidadi Məmmədov məsuliyyət daşıyıb. Təbii ki, bu işlərdə dini “təəssübkeşlikdən” çox, maddi maraqlar öndə olub.
Təbii ki, sadalanan faktlar böyük bir prosesin - dini müxalifəti nəzarətdə saxlamaq adı ilə bu sferada törədilən özbaşınalıqların epizodik hallarıdır, necə deyərlər, aysberqin üstüdür. Lakin bunlar belə  Mahmudov çetesi tərəfindən radikal cərəyanlarla mübarizə əvəzinə, onlardan məmurları ovlamaq üçün tələ, ya da şərləmək üçün çamur kimi istifadə etdiyinin bir nümunəsidir.(musavat)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024