Gündəm (28-09-2015, 11:17)
Bu gün AŞPA-nın payız sessiyası başlayır
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası başlayır.
Mediatv.az-ın məlumatına görə, sessiya oktyabın 2-nə kimi davam edəcək. Avropada miqrasiya və qaçqın böhranına humanitar və siyasi cavab, tranzit ölkələri üçün problemlər, real Avropa sığınacaq sistemi üçün vacib addımlar əsas müzakirə mövzuları olacaq.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun “Demokratik cəmiyyətdə birgə yaşamaq və din azadlığı” barədə hesabatı dinləniləcək.
Avropa insan Haqları Məhkəməsinin qərarlarının xüsusilə Albaniya, Ermənistan, Azərbaycan, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, Serbiya və Birləşmiş Krallıqda həyata keçirilməsi də müzakirə olunacaq.
Serbiyanın baş naziri və Bosniya və Herseqovinanın xarici işlər naziri parlamentarlar qarşısında çıxış edəcəklər.
Assambleya növbəti 5 il müddətinə baş katibini seçəcək. Hazırda bu vəzifəni Voytsex Savitski icra edir.
Bundan başqa, sessiya çərçivəsində Avropa Şurasının baş katibi T. Yaqland parlamentarların suallarına cavab verəcək.