Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (22-06-2015, 11:01)
AŞPA-nın yay sessiyası başlayır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası bu gün Strasburqda öz işinə başlayır.


"Report"un AŞPA mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, sessiyanın gedişində 7 İyun tarixində Türkiyədə keçirilən parlament seçkilərindəki müşahidənin nəticələri, Rusiya nümayəndə heyətinin AŞPA-da iştirakı məsələsi, Macarıstandakı vəziyyət, miqrasiya, dəyişən media mühitində medianın məsuliyyəti və etik qaydalarla bağlı məsələlər, həmçinin, Ukraynadakı münaqişə nəticəsində itkin düşmüş şəxslərlə bağlı vəziyyət müzakirə olunacaq.

İyunun 23-də sessiyada Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında müzakirələrin keçirilməsi planlaşdırılır. Mövzu ilə əlaqədar hesabatı AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski təqdim edəcəklər. İyunun 22-də sessiya çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Tsrnadak, iyunun 23-də isə BMT baş katibi Pan Gi Mun parlamentarilər qarşısında çıxış edəcəklər. Bundan əlavə, Malta prezidenti Mari-Luiz Koleyro Prek, həmçinin Bosniya və Herseqovinanın baş naziri Mladen İvaniçin də sessiyada çıxışları gözlənilir. Sessiya işini iyunun 26-da başa çatdıracaq.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025