Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (17-09-2015, 13:45)
AŞPA məruzəçisi cəbhə bölgələrində olub

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Uolter cəbhə bölgəsində olub.

 

Mediatv.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, məruzəçi sentyabrın 15-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə görüşdə cəbhə boyu zonaya, xüsusilə təmas xəttinə səfər edərək yerli əhali və şəxsi heyətlə görüşmək niyyətində olduğunu bildirib.
 
R.Uolterin vəziyyətlə yerində yaxından tanış olmaq xahişi müsbət qarşılanaraq onun təhlükəsizliyi təmin olunmaqla Müdafiə Nazirliyinin nümayəndələrinin müşayiəti ilə qonaq helikopterlə cəbhə bölgəsinə aparılıb.
 
Səfər zamanı R.Uolter Bərdə, Tərtər, Ağdam bölgələrində olub, qoşunların təmas xəttində, ön səngərlərdə şəxsi heyətlə görüşüb, onların sosial-məişət problemləri ilə maraqlanıb və qarşı tərəfi vizual müşahidə edib.
 
Erməni silahlı bölmələri tərəfindən daim atəşə məruz qalan Tərtər rayonunun Qapanlı kənd sakinləri ilə görüşdə son günlər düşmən tərəfinin vəziyyəti daha da gərginləşdirərək minaatanlardan və iriçaplı silahlardan yaşayış məntəqələrini atəşə tutması faktı qonağın diqqətinə çatdırılıb. O da bildirilib ki, hətta bir neçə gün əvvəl kənddə keçirilən toy mərasiminin atəşə tutulması nəticəsində iki qadın və bir uşaq güllə yaraları alıblar.
 
R.Uolter səfər zamanı əldə etdiyi məlumatlardan yararlanacağını bildirib və problemin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həll olunacağına əminliyini ifadə edib.
 
Müxtəlif istiqamətlərdə ön səngərlərdə döyüş tapşırığı yerinə yetirən hərbi qulluqçularla görüşlərdə isə qonaq əsgər və zabitləri dinləyib, onların suallarını cavablandırıb, eləcə də onun özünü maraqlandıran məsələlərə cavab tapıb.
 
Bölgələrə səfəri başa çatdıqdan sonra R.Uolter Bakıya qayıdıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024