Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (19-07-2015, 22:02)
Müdafiə naziri: “Ordumuz qısa müddətdə şəhidlərimizin qisasını almağa tam hazırdır”

Müdafiə naziri cəbhə bölgəsindəki hərbi hissələrin döyüş hazırlığını yoxlayıb 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığını yoxlayıb.

 

 

APA-nın məlumatına görə, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən keçirilən yoxlamada müdafiə naziri yüksək dağlıq şəraitdə, ağır və çətin relyefə malik bölgələrdə düşmənlə bilavasitə təmas xəttində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşüb, onların döyüş hazırlığı, təminatı, sosial-məişət şəraiti və mənəvi-psixoloji vəziyyəti ilə maraqlanıb.

 

 

 “Bayram günlərində ön xətdə, səngərlərdə yerləşən bölmələrin ziyarət olunması, şəxsi heyətlə görüşlərimiz artıq Müdafiə Nazirliyinin rəhbər heyətinin ən əsas vəzifələrindən birinə çevrilib. Biz bu günlərdə yüksək, sıldırım dağ zirvələrində keşik çəkən qəhrəman övladlarımızla görşüdük. Azərbaycan əsgərinin düşmən ərazilərini, mövqelərini, yaşayış məntəqələrini daim nəzarətdə saxlamaqla istənilən anda qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirməyə hazır olmasının şahidi olduq” deyə nazir Həsənov qeyd edib.

 

 

Müdafiə naziri bildirib ki, ön xətdə olarkən xidmət müddəti başa çatan, Silahlı Qüvvələrdən tərxis edilməyə hazırlaşan təcrübəli həqiqi hərbi xidmət hərbi qulluqçuların səngərlərdə qalaraq xidmətlərini davam etdirməkdə israr ediblər: “Onların düşməni işğal altındakı torpaqlardan qovmaq əmrinə hazır olduqlarını gördük. Bu, gənclərimizin, ümumilikdə xalqımızın döyüş ruhunun yüksək səviyyədə olmasının bariz nümunəsidir”.

 

 

Nazir qeyd edib ki, prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının yekunlarına həsr olunan iclasda ordu quruculuğuna, Silahlı Qüvvələrimizin gücünə verilən yüksək qiymət onları ruhlandırır: ” Prezidentin “bir həftə ərzində Ermənistanda daş daş üstündə qalmaz” fikri ən müasir silah-sursat, maddi-texniki təminata malik ordumuzun qarşıya qoyulan istənilən döyüş tapşırığını yerinə yetirmək qüdrətində olan Azərbaycan əsgərinin dünyanın güclü ordularının hərbçiləri sırasında olduğunu sübut edir. Xalqımız bilməlidir ki, düşmənə müxtəlif istiqamətlərdə zərbə endirərək böyük itkilərə məruz qoyan, əməliyyat şəraitində təşəbbüsə yiyələnən Azərbaycan əsgəri sübut etdi ki, düşməndən hər cəhətdən üstündür. Silahlı Qüvvələrimiz hərbi güc tətbiq etməklə ən əsas və müqəddəs borcunu - işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırdır. Silahlı Qüvvələrimiz gecə-gündüz təlim mərkəzlərində, səhra çıxışlarında döyüş vərdişlərini təkmilləşdirməklə bu müqəddəs günün yaxınlaşması üçün inamla çalışır. Ordumuz qısa bir müddətdə şəhidlərimizin qisasını almağa tam hazırdır”.

 

 

Müdafiə Nazirliyinin rəhbərliyi yüksəkliklərdəki postların müdafiə qurğuları, silah-sursat, döyüş texnikasının vəziyyəti, əsgər yataqxanası, xidməti otaqlar, səhra hamamı, saxlanclar və digər obyektlərə baxıb, hərbi qulluqçularla birlikdə nahar edib, onların istək və arzularını dinləyiblər.

 

Müdafiə naziri şəxsi heyəti bayram münasibətilə təbrik edərək dağlıq ərazilərdəki ön səngərlərdə yerləşən hərbi qulluqçulara bayram sovqatları təqdim edib, xidmətdə fərqlənənləri qiymətli hədiyyələrlə mükafatlandırıb və şəxsi heyətlə xatirə şəkli çəkdirib.

 

Müdafiə naziri ərazinin relyefi, spesifikası nəzərə alınmaqla yüksək dağlıq şəraitində xidmət keçən şəxsi heyətin xüsusi hazırlığına diqqətin daha da artırılması, onların döyüş tapşırıqlarını istənilən anda dəqiq və vaxtında yerinə yetirmələrinə dair müxtəlif məşq və hazırlıqlarının davam etdirilməsi ilə bağlı komandir heyətinə müvafiq tapşırıqlar verib.

 

 

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024