Gündəm / Karusel (12-08-2015, 10:45)
Cavid Hüseynov 3 il azadlıqdan məhrum edilə bilər
Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı açılmış cinayət işinə görə bu gün barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilən futbolçu Cavid Hüseynov 3 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Futbolçu Cinayət Məcəlləsinin 307.1 (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2 (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
Əgər Cavid Hüseynovun bu cinayət əməlləri məhkəmə istintaqı sübuta yetirilsə 307.1 maddəsi ilə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, 307.2 maddəsi ilə isə iki min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Mediatv.az