Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (28-03-2014, 13:38)
Ədliyyə Nazirliyi Gülər Əhmədovanın səhhəti ilə bağlı açıqlama verdi

Ədliyyə Nazirliyi Gülər Əhmədovanın səhhəti ilə bağlı açıqlama verdi

Sabiq deputat, hazırda məhkumluq həyatı yaşayan Gülər Əhmədovanın səhhətində heç bir ciddi problem yoxdur. 

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, ədliyyə general-mayoru Rəfail Mehdiyev bildirib.

İdarə rəisinin sözlərinə görə, G.Əhmədovanın sağlamlığında cüzi narahatlıq var ki, bununla da bağlı müalicə alır: "Gülər Əhmədovanın səhhətində heç bir ciddi problem yoxdur. Onun ayaqları qətiyyən tutulmayıb. Sağlamlığında müəyyən cüzi narahatlıq var. Bununla əlaqədar müalicə alır və lazımi tibbi xidmətlə əhatə olunub. Həkim nəzarətindərir".

Qeyd edək ki, 2013-cü il dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Milli Məclisin sadiq üzvü G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Qərara əsasən, sabiq deputat cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina etmişdi, fevralın 13-də isə onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirlli bilinib.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024