Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (17-06-2015, 17:41)
“Müsəlman olan kəs sabahdan bu əməllərdən çəkinməlidir” - Hacı Şahin

 

“Ramazan, adı ”Qurani-Kərim”də çəkilmiş yeganə aydır.Ayın üstünlüyü Allahın bəşəriyyətə göndərdiyi son kitab olan Quranın nazil olması ilə bağldır. Bu səbəbdən də Allah kitabında bu ayın adı hörmətlə çəkilir. Hər bir müsəlmana da bu aya hörmət etmək tövsiyyə edir”.

  Məlumata görə, bu haqda Modern.az saytına Məşədi Dadaş Məscidinin imam-camaatı Hacı Şahin Həsənli bildirib.
Axundun sözlərinə görə, bu ayda hər bir müsəlman oruc tutmaqla öz vəzifəsini icra etməlidir: “Müsəlman olan kəs səhərdən axşama kimi bir sıra əməllərdən çəkinməlidir. Orucluğun əsas fəlsəfəsi günahlardan çəkinmək, insana yaraşmayan əməlləri tərk etməkdir. Ramazan ayında insanın iradəsi möhkəmlənir, çünki, o öz iradəsinə qarşı getməyə vadar olur. İnsan öz istək və meyllərilə mübarizə apardıqda isə kamillik dərəcəsinə ucalır. Buna görə də Ramazan ayında ac-susuz qalmaqla kifayətlənməyək, aydan həm də mənəvi qida almağı bacaraq. Ramazan həm də həmrəylik ayıdır, digər insanları yad edək ki, Allah da oruc və namazlarımızı qəbul etsin”.
Hacı Şahin hansı şəxslərə orucun vacib buyurulması haqqında da məlumat verib: “Orucu fiziki imkanı çatan, sağlamlığı yol verən insanlar tutmalıdır. Xəstələr, qocalar, hamilə qadınlar, süd verən analar istisnadır. Ümumiyyətlə, əgər həkim şəxsə oruc tutmağın ziyanlı olduğunu deyrisə, oruc tutulmamalıdır. 
Elə xəstələr var ki, oruc tutmaq onların səhhətinə təsir etmir, bu halda da həkimlə məsləhətləşib oruc tutmalıdır. Həmçinin süd verən analar da oruc vacib buyrulmadığı halda oruc tutmaq istəyirlərsə, yenə də həkimlə məsləhələşməlidirlər”.
Orucluğun başlanması və bitməsilə bağlı hər il aparılan müzakirələr bu il müşahidə edilmədi. İlhaiyyatçı da bu faktı təsdiq edib:
“Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvaya əsasən, Orucluq ayı iyun ayının 18-dən başlayır. Ramazanın başa çatması isə ayın çıxması ilə əlaqədar olacaq. Və bu barədə bayram ərəfəsində məlumat veriləcək. Hər hansı fikir ayrılığı yoxdur. Sabah Ramzan ayının 1-ci günüdür”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024