Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm / Karusel (9-07-2014, 00:09)
Oruc tutmaq sağlamlığa necə təsir edir?-MÜQƏDDƏS AY

 

Müqəddəs Ramazan ayının 11-ci günü tamam olur. Bu günün duası belədir: “İlahi! Bu gün ehsan etməyi mənə sevdir. Bu gün fisq və asilikdən məni ikrah etdir. Bu gün öz qəzəbini və cəhənnəm atəşini məndən uzaqlaşdır. Yardımına and verirəm, ey fəryad edənlərin dadına çatan!”.

Oruc tutanların sayı hər il artır. Kimisi düşünülmüş şəkildə keçmiş günahlarının bağışlanması üçün, kimisi Allah eşqinə, kimisi sağlamlığı, bir başqası isə sadəcə, qida pəhrizi saxlamaqla arıqlamaq xatirinə müqəddəs Ramazan ayında oruc tutur. Amma oruc tutan adamlar arasında səhhəti normal olmayan, xəstə insanlar da az deyil.

Bəs, bir ay ərzində oruc tutmaq insanların sağlamlığına necə təsir edir?

“Həftə içi” Ramazan ayı boyunca davam edəcək “Müqəddəs ay” rubrikasında bu suala cavab axtarıb. Sualı tanınmış həkim, Bakı şəhər 15 saylı Birləşmiş Xəstəxananın baş həkimi Arif Məmmədov cavablandırır:

- Oruc tutmağın insanların tibbi sağlamlığı baxımından bir çox üstünlükləri var. Çünki müəyyən müddət ərzində ac qalmaq, müəyyən edilmiş qrafikə uyğun qidalanmaq insanların orqanizmində gedən prosesləri təzələyir. Xüsusilə də toxumalarda və qanda. Çünki oruc zamanı özünü pəhriz saxlayırsan, istədiyin kalorili, keyfiyyətli qidanı qəbul etmirsən. Biz nəinki orucluqda, hər gün rejimə əməl etməliyik. Xəstə adamların oruc tutması düzgün deyil. Ona görə ki, xəstələr mütəmadi dərmanlar qəbul edir. Dərmanı susuz qəbul etmək isə tibbi baxımından o qədər də effektli olmur. Bir sözlə, insanlar sağlamlığını qorumaq üçün hökmən müalicə lazımdır. Əgər müalicə almazsa, xəstənin vəziyyəti daha da ağırlaşar. Ürək və bağırsaq xorasından əziyyət çəkən xəstələrə isə oruc tutmaq ümumiyyətlə, məsləhət deyil. Doğrudur, bəzi insanlar öz günahını yumaq, bağışlanmaq üçün oruc tuturlar. Amma əməli düz olan insanlar oruc tutmasa da olar. Allah sevgisi insanın qəlbində, ruhunda, əməlində olmalıdır. Əvvəllər Ramazan ayında, orucluq zamanı nişan aparmazdılar, toy etməzdilər - deyirdilər ki, şəriət qaydalarına görə olmaz. Amma indi orucluq günlərində toy da edirlər, nişan da aparırlar. Heç kəs də buna qadağa qoymur, eləcə də şəriət. Çünki orucluq matəm deyil. Mənim bir həkim kimi məsləhətim odur ki, bütün insanlar gümrah və sağlam olsunlar. Bunun üşün ilk öncə hər gün rejimə ciddi əməl edilməlidir. Yəni hər bir insan vaxtlı-vaxtında yeməlidir, rejim saatını gözləməlidir. Hər gün müxtəlif rejimdə qida qəbul etmək olmaz. Bu gün saat 9-da yemək yeyən insan, sabah görürsən ki, saat 12- də, müxtəlif saatlarda yeyir. Bu isə bədəndə piylənməyə və yaxud da ağır xəstəliklərə gətirib çıxarır. Çünki müxtəlif saatlarda yemək insan orqanizmində həzm prosesinə ziyandır. Oruc tutmaq istəyən hər kəs gərək vaxtında qidalanmaya, iş və istirahət rejiminə tibbi nöqteyi-nəzərdən düzgün əməl etsin. Xüsusilə yay aylarında. İsti yay günlərində açıq havada, qızmar günəş altında tikintidə, ağır sahələrdə işləyən fəhlələrin oruc tutması, o cümlədən, sürücülərin, təyyarəçilərin, maşinistlərin oruc tutması düzgün deyil.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024