Gündəm (1-06-2015, 18:59)
Penitensiar Xidmətə MÜRACİƏT
Milli Preventiv Qrupun üzvləri 8 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçiriblər.
Mediatv.az xəbər verir ki, Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.
Başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, məhkumların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.
Başçəkmə zamanı MPQ üzvləri tərəfindən həmin müəssisədə məhkumlar fərdi qaydada qəbul edilib, onlarla konfidensial şəraitdə söhbətlər aparılıb və müraciətləri yerində araşdırılıb. Məhkumlara hüquqları və ombudsmanın səlahiyyətləri izah edilib, onlara qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.
Habelə CÇM-in yenidən qurulan və tikilməkdə olan tibb-sanitar hissəsinə və digər obyektlərinə baxışlar keçirilib, müəssisə rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.
Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətə müraciət olunub.
Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.