Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (17-03-2014, 12:42)
Bakıda vəhhabilərə qarşı əməliyyat- 11 nəfər saxlanıldı

Bakıda vəhhabilərə qarşı əməliyyat- 11 nəfər saxlanıldı

Bakıda polis vəhhabi təriqətinin üzvü olduğu iddia olunan dindarlara qarşı əməliyyat keçirib.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polisə paytaxtın Binəqədi rayonu, Binəqədi kəndi, C. Cabbarlı küçəsi döngə 2, ev 7 B ünvanında radikal dini yönümlü şəxslərin toplaşması barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında həmin ünvanda əməliyyat keçirən polis 11 nəfəri saxlayıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onlar 500 manatdan 1500 manatadək cərimələniblər.
 
APA polisin əməliyyat keçirdiyi evin sahibi, 1964-cü il təvəllüdlü Arif Məmmədovu taparaq ondan məsələyə münasibət öyrənib.
 
A. Məmmədov APA-ya açıqlamasında bildirib ki, onlar 10 ilə yaxındır ki, yaşadığı evdə ibadətlə məşğul olurlar: ““Əbu Bəkr” məscidi bağlanandan sonra mən öz evimin qapısını ibadət edən şəxslərin üzünə açdım. O gündən bəri dindarlar mənim evimdə toplaşaraq ibadətlə məşğul olublar. Bu günə qədər heç bir problemimiz olmayıb və bizə heç kim xəbərdarlıq da etməyib. İki gün əvvəl polis gələrək ibadət edənlərin hamısını apardı. Mən də daxil olmaqla doqquz nəfər 1500 manat, bir nəfər 1600 manat, bir nəfər isə 500 manat cərimələdilər. Daha bir nəfərə isə xəbərdarlıq edilib”
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024