Gündəm (8-04-2015, 17:28)
200 nəfərin adına kredit götürən bağça müdiri saxlanıldı
“Qazax rayon sakini Xatirə Əsgərova və qeyrilərinin Pərvanə Səfərova tərəfindən aldadılaraq müxtəlif banklardan kreditlə götürdükləri nağd pullarının dələduzluq yolu ilə ələ keçirilməsi faktı ilə bağlı Qazax Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb”
Bu barədə virtualaz.org saytının sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, aparılmış istintaqla P.Səfərovanın X.Əsgərova tərəfindən ayrı-ayrı rayon sakinlərinin adlarına müxtəlif banklardan aldığı 103 min manat məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirməsində əsaslı şübhələr olduğundan Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib, lakin istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan olunub.
İstintaq eyni zamanda X.Əsgərovanın qeyd edilən kreditləri hansı banklardan, kimlərin adına və hansı məbləğlərdə götürdüyü xüsusatlar araşdırılır, nəticəsindən asılı olaraq onun əməlinə hüquqi qiymət veriləcək.
Hazırda iş üzrə P.Səfərovanın tutularaq istintaqa cəlb edilməsi və vətəndaşlara dəymiş ziyanın müəyyənləşdirilərək ödətdirilməsi istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Baş Prokurorluqdan o da bildirilib ki, X.Əsgərovanın kredit kimi götürdüyü pullar P.Səfərova tərəfindən mənimsənilib. Cinayət işi də onun barəsində qaldırılıb. İstintaq araşdırmaları zamanı X.Əsgərovanın da əməlinə hüquqi qiymət veriləcək.
Virtualaz.org saytının Qazax rayon hüquq-mühafizə orqanlarından əldə etdiyi digər məlumata görə, artıq X.Əsgərova da polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, dünən saytımızda "Sensasion fırıldaq: bağça müdirəsi 200 nəfərin adına kredit götürüb aldatdı" başlıqlı yazı dərc edilmişdi. Yazıda bağça müdirəsinin kənd sakinlərinin adına ayrı-ayrı banklardan kredit götürməsi haqda geniş məlumat verilmişdi.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024