Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (6-04-2015, 19:56)
“Avropa Oyunlarına görə qərəzli yanaşma Azərbaycana qarşı qısqanclıqdır”

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Saymon Kleq Avropa Oyunları öncəsi bir sıra ölkələrdə Azərbaycana qarşı aparılan qərəzli münasibətlərlə bağlı Modern.az saytına açıqlama verib

 

- Bakı 2015 Avropa Oyunları öncəsi bəzi dairələrin keçiriləcək yarışlarla bağlı qərəzli mövqelərini necə qiymətləndirirsiniz? Fikrinizcə, bütün bunlar haradan qaynaqlanır ?
- Əvvəla, onu bildirim ki, bu günə qədər dünyanın ayrı-ayrı yerlərində Avropa Oyunlarının harada keçirilməsi üçün düşünür və müzakirələr aparırdılar. Lakin bu gün bu möhtəşəm layihəyə Azərbaycan rəhbərlik edir. Hesab edirəm ki, bu tarixi bir hadisədir. Nəticəsini isə nəinki Avropa, bütün dünya ölkələri qiymətləndirəcək. Biz ABŞ və Çindən tutmuş, dünyanın əksər böyük ölkələrinin telekanalları ilə müqavilə imzaladıq. Bununla da keçiriləcək bu möhtəşəm oyunlar bütün dünyada canlı olaraq yayımlanacaq. Lakin bütün bunlara baxmayaraq, doğrudan da Bakı 2015 Avropa Oyunları öncəsi qərəzli yanaşmalar mövcuddur. Hesab edirəm ki, bu həmin dairələrin və bir sıra ölkələrin Azərbaycana qarşı qısqanclığı və gözü götürməzliyindən qaynaqlanır.
- Bildiyimiz kimi, yarışlarda bir sıra oyunlar var ki, onlar genişmiqyaslı tədbirlərə çıxarılmır. Məsələn, karate kimi şərq idman növünün Avropa Oyunlarında təmsil olunmasını necə qarşılayırsınız ?
- Təbii ki, bu idman oyunlarının Avropa Oyunlarında iştirakı bizdə sevinc doğurmaya bilməz. Keçiriləcək yarışlarda Dünya və Avropa Karate Federasiyasının (WKF və EKF) prezidenti Antonio Espinos da iştirak edəcək. Təbii, hər bir idman federasiyasının prezidenti onların oyunlarının bu kimi beynəlxalq yarışlarda iştirak etməsini çox yüksək səviyyədə qiymətləndirir. Düşünürəm ki, bu gələcəkdə karatenin və digər idman növlərinin yolunu açacaq və onların daha da sürətli inkişafına gətirib çıxaracaq.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Saymon Kleq buna qədər Britaniya Olimpiya Assosiasiyasının və İpsviç şəhər futbol klubunun keçmiş baş icraçı direktoru kimi bir çox nüfuzlu vəzifələrdə çalışıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024