Gündəm (31-03-2015, 11:52)
O “şok” xəbəri yayanlar...
Rəsmi “Azərbaycan” qəzeti ilk Avropa Oyunlarının Bakıda yox, 2018-ci ildə Almaniya və Şotlandiyada keçiriləcəyi haqda xəbərlərə cavab məqaləsi dərc edib
Mediatv.AZ xəbər verir ki, “Əsl Avropa Oyunları məhz Bakıda keçiriləcək, cənablar!” başlıqlı məqalədə ölkəmizdə təşkil olunacaq I Avropa Oyunlarına təxminən ayyarım vaxt qaldığı və yarışların keçiriləcəyi idman obyektlərinin, demək olar ki, hamısı hazır vəziyyətdə olduğu qeyd edilir.
Daha sonra yazıda qeyd edilir ki, Azərbaycanın Avropa idmanı üçün gördüyü tarixi vəzifəyə zaman-zaman kölgə salmaq istəyənlər var: “Bədxahlar gah idmanı bir tərəfə qoyub cəfəng siyasi “təşəbbüs”lərlə çıxış etməyə, gah da Avropa Oyunlarının mahiyyəti ilə heç bir əlaqəsi olmayan əsassız fikirlər irəli sürməyə cəhd göstərirlər. Bir neçə gündür ki, bəzi yerli “media” orqanları Böyük Britaniyanın www.insidethegames.biz internet saytının “şok” xəbərini tirajlayaraq oxuculara sensasiya təqdim etməyə çalışır. Sayt iddia edir ki, guya “Bakı-2015” saxtadır, “əsl Avropa Oyunları” Azərbaycan paytaxtında yox, 2018-ci ildə Berlin (Almaniya) və Qlazqo (Şotlandiya) şəhərlərində keçiriləcək, guya I Avropa Oyunları “2-ci dərəcəli” tədbirdir, Oyunlarda çox da tanınmayan atletlər iştirak edəcəklər və s.
Əvvəla, qeyd edək ki, görünür, sensasiya həvəskarları Avropa Oyunlarının keçirilməsi proseduru ilə tanış deyillər. Onlar başa düşmürlər ki, qitə Oyunlarının keçirilməsi haqqında qərarı hansısa başqa təşkilat yox, məhz AOK qəbul edir. Alternativ Oyunların təşkili isə sadəcə olaraq ağlasığmazdır. Çünki Avropa Oyunları dörd ildən bir keçiriləcək. Üç ildən sonra “əsl Oyunlar”in keçirilməsi, bir il sonra isə II Avropa Oyunlarının keçırılməsi sadəcə olaraq gülüncdür. Digər tərəfdən, Olimpiya Oyunları da daxil olmaqla hansısa irimiqyaslı beynəlxalq idman tədbirində bu və ya digər tanınmış idmançının bu və ya digər səbəbdən iştirak etməməsində qeyri-adi heç nə yoxdur. İdman tarixində belə misallar çoxdur. Odur ki, bəzi idmançıların “Bakı-2015”dən kənarda qalmasında sensasiya gözləməyə dəyməz.
Bədxahların istinad etdiyi ingilis saytının əksinə olaraq, qitənin olimpiya hərəkatında ən mötəbər mənbə Avropa Olimpiya Komitəsidir. Sensasiya həvəskarlarının iddialarına ən kəskin reaksiya da bu mənbədən gəlmişdir. AOK-un prezidenti Patrik Hikkinin sözügedən saytın “şok xəbər”inə münasibəti birmənalı olmuşdur: “Avropa Olimpiya Komitəsinin prezidenti kimi mən həmişə Avropa idmanını inkişaf etdirmək və Avropa atletlərinin tam potensialını göstərmək üçün təşkil olunan bütün tədbirləri dəstəkləyirəm. Lakin başqa ildə keçiriləcək və daha az idmançı, daha az atletlə təşkil olunacaq bu tədbir Avropa Oyunlarından tamamilə fərqli təşəbbüsdür”.
Yəqin ki, həm xaricdəki, həm də ölkə daxilindəki “şok xəbər” aludəçiləri AOK prezidentinin bəyanatını eşitdikdən sonra məyus olacaqlar. Onlar anlamalı olacaqlar ki, əsl Avropa Oyunları Berlin, Qlazqo, yaxud başqa bir Avropa şəhərində yox, məhz Bakıda keçiriləcək!”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024