Gündəm (1-04-2015, 16:28)
Anar müəllim də futbol millimizə məşqçi göndərilsin» - Rəylər
Ədəbiyyatçılar və futbol mütəxəssisləri Çingiz Abdullayevin "Neftçi" klubuna prezident gətirilməsini necə dəyərləndirirlər?
Natiq Muxtarlı: "Futbol dünyasında olduqca amansız cinayətkarlar, saxtakarlar, dələduzlar var. Yaradıcılıq baxımdan Abdullayevin bəxti gətirib"
Dünən tanınmış yazıçı, dünya şöhrətli detektiv ustası Çingiz Abdullayevin ölkəninin ən qocaman və ən tanınmış klubu olan "Neftçi" klubuna prezident gətirilməsi ictimaiyyət tərəfindən bir mənalı qarşılanmayıb. Bəziləri üçün tanımış ədəbiyyat nümaynədəsinin "Neftçi" klubuna prezident gətirilməsini anormal olaraq qarşılayır, bəziləri isə Çingiz Abdullayevin yeni təyinatını normal və effektli təyinat olaraq dəyərləndirirlər.
PİA.AZ-ın əməkdaşı Çingiz Abdullayevin "Neftçi" klubuna prezident gətirilməsi ilə bağlı tanımış ədəbiyyat və idman adamlarının fikirlərini öyrənib.
Qan Turalı: "Neftçi mənim sevimli komandamdır"
Qan Turalı ("Kulis" internet dərgisinin baş redaktoru, yazar): "Çingiz Abdullayevə uğurlar arzulayıram. Ümid edirəm ki, uğur qazanacaq. Neftçi mənim sevimli komandamdır".
Mirmehdi Ağaoğlu: "Guya AFFA-nın prezidenti futbolçudur? "
Mirmehdi Ağaoğlu (Gənc yazar): "Çingiz Abdullayev mütərəqqi, yenilikçi adam təəssüratı yaradır. Yəqin futbolda dünyada baş verən yeniliklərdən nəsə əxz edib rəhbrəlik etdiyi kluba tətbiq etməyə çalışar. Sualınızın ikinci hissəsinəgəlincə, guya AFFA-nın prezidenti futbolçudur? Əlbəttə yox və dünyanın müxtəlif ölkələrində futbol klublarının bir çoxunun rəhbəri idman adamı deyil".
Cəlil Cavansir: "Arzu edərdim ki, Anar müəllimi də günlərin bir günü futbol millimizə məşqçidən-zaddan göndərsinlər".
Cəlil Cavansir (Gənc yazar): "Çingiz Abdullayevin "Neftçi" klubuna prezident olmasına çox yaxşı baxıram. Məncə 200 romandan sonra ona fiziki hərəkət lazımdır. Ümid edirəm ki, bu təyinat ona yaxşı təsir edəcək. Arzu edərdim ki, Anar müəllimi də günlərin bir günü futbol millimizə məşqçidən-zaddan göndərsinlər".
Şahin Diniyev: "Komandanı saxlamaq üçün biznes tərəfi də vacib məsələdir"
Şahin Diniyev (Tanınmış məşqçi, Məşqçilər Komitəsinin üzvü): "Hələki bu barədə geniş məlumat verəcək gücdə deyiləm. Çünki bu ictimai bir işdir. Orada vəzifələri bölünəcək. Mən bilmirəm o qurumun vəzifəsi nə olacaq, kim icraçı olacaq, kim həyata keçirəcək. Ancaq bu realdır ki, bütün xarici qruplarda da idarə heyəti olur. Əsasnamələrində bu qurumda idarə heyətini kimin idarə edəcəyi barədə məlumatı bilmirəm amma yəqin ki, bu ictimaiyyətə açıqlanacaq. Futbol klubunda hamısının futbol adamları olmaması ola bilər. Ancaq onların içində mütləq futbol adamları olmalıdır ki, futbol istiqamətində komandanı saxlamaq üçün biznes tərəfi də vacib məsələdir".
Ağasəlim Mircavadov: "Rəhbərlik təyin edibsə, demək ki, belə məsləhətdtr"
Ağasəlim Mircavadov(tanınmış məşqçi, Məşqçilər Komitəsinin üzvü): "Mən bu barədə nə deyə bilərəm ki? Rəhbərlik təyin edib. Onlar məsləhət görüblərsə, demək elə lazımdır. "Neftçi" klubunda peşəkar futbol mütəxəssisləri çoxdur. Ona görə də heç bir problem olmayacaq".
Elçin Cəlilov: "Mәsәlәnin sadәcә bir anlaşılmaz tәrәfi var - niyә mәhz bir әdәbiyyat adamı?"
Elçin Cəlilov (Futbolpress.az saytı): "Çingiz Abdullayevin "Neftçi"nin Müşahidə Şurasının rәhbәri seçilmәsinә yaxşı baxıram. Çünki hazırda fәaliyyәtdә olan heç bir klub rәhbәrinin futbolu ondan çox bilmәdiyinә әminәm. Abdullayev futbolla yaxından maraqlanmış şәxsdi. Yәni ümumiyyәtlә, klub rәhbәri olmaqçün futbolun mahir bilicisi olmaq şәrt deyil, bununçün idman direktoru vә s. postlar var. Әsas mәsәlә peşәkar idarәçilikdi. Mәncә, Çingiz Abdullayevin yazdığı kitablar dünya ölkәlәrini idarә elәyәn şәxslәrin stolüstü kitabıdısa, bu şәxsin idaretmә qabiliyyәtinә neqativ bildirmәk artıqdır. Mәsәlәnin sadәcә bir anlaşılmaz tәrәfi var - niyә mәhz bir әdәbiyyat adamı? Niyә dünya sәviyyәli detektiv yazıçısı bir kluba rәhbәr olsun? Buna hәlә özü dә bir açıqlıq gәtirmәyib. Qarşıda vaxtımız çoxdu, öyrәnmәyə çalışarıq bu ekzotik mәsәlәni".
Natiq Muxtarlı: " Burda yalnız və yalnız yaxşı varlanmaq barədə düşünürlər. Çingiz Abdullayevi də bu tendensiyaya uyğunlaşdıracaqlar"
Natiq Muxtarlı (Komanda.az saytı): "Çingiz Abdullayevin təyinatında anormal məqam yoxdu. Anormallıq onda olardı ki, bu vəzifəyə futbol mütəxəssisi, futbolu bilən şəxs təyin olunardı. Azərbaycanın futbol təsərrüfatında bütün vəzifələrdə futboldan anlayışı olmayanlar oturuduğu halda, Çingiz Abdullayevin təyinatı da tam normal qarşılanmalıdı. Onun futbol sahəsində uğur qazanacağını isə düşünmək sadəlövhlükdü. Çünki bu təsərrüfatda kimsə futbol sahəsində uğur qazanmaq barədə düşünmür. Burda yalnız və yalnız yaxşı varlanmaq barədə düşünürlər. Çingiz Abdullayevi də bu tendensiyaya uyğunlaşdıracaqlar. Yazıçı futbol təsərrüfatında gələcək detektiv əsərləri üçün personajlar, motivlər əldə edə bilər. Çünki burda olduqca amansız cinayətkarlar, saxtakarlar, dələduzlar var. Yaradıcılıq baxımdan Abdullayevin bəxti gətirib. Mövzu qıtlığı yaşamayacaq".
Pərvin Kazımoğlu: "Yetər ki, yaхşı pul və ağıllı baş olsun"
Pərvin Kazımoğlu (Fanat.az saytı): "Çingiz Abdullayevin "Neftçi"nin Müşahidə Şurasına sədr seçilməsində qeyri-adi heç nə yoхdur. Onsuz da Azərbaycanın heç bir klubuna futbol mütəхəssisləri və ya futbolla bağlılığı olan adamlar rəhbərlik etmir. Heç klublardakı vitse-prezidentlərin, hətta icraçı direktorların da futbolla bağlılığı yoхdu. Bu səbəbdən də Çingiz Abdullayevin təyinatını fövqəladə bir hal kimi dəyərləndirmək lazım deyil. Yazıçı klubu idarə edə biləcəkmi? Bu suala asanlıqla "hə" cavabı vermək olar. Çünki Çingiz Abdullayevin üzərinə heç də əlahiddə yük düşməyəcək. O, sadəcə kabinetdə oturub hansısa sənədləri imzlayacaq, tədbirlərdə iştirak edəcək və s. AFFA tərəfindən, bir az da dəqiqləşdirsək Elхan Məmmədov tərəfxindən "Neftçi"yə əvvəlcə vitse-prezident, sonra icraçı direktor təyin olunan Elnur Məmmədovun missiyası məhz klubu idarə etməkdi. Ona görə də narahatçılığa əsas yoxdu. Çingiz Abdullayevin "Neftçi"yə uğur qazandırıb-qazandırmamasına gəlincə, Azərbaycan klubları üçün maksimum hədəf Avropa Liqasında qrup mərhələsinə düşməkdir. "Neftçi" bir dəfə bunu bacarıb. İkinci dəfə təkrarlamaq çətin olmamalıdır. Yetər ki, yaхşı pul və ağıllı baş olsun".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024