Gündəm (15-03-2015, 17:37)
Cəmil Həsənli manatdan əvvəl facebookdan, sonra banandan danışdı - Yenilənib
C.Həsənli çıxışını manatdan və sosial problemlərdən daha çox öz facebook profilinə müdaxilə üzərində qurdu. Bunu pislədi.
Sonra bazarlardakı qiymətlərindən danışdı. Bananın bahalığından gileyləndi. Ən diqqətçəkən məqam o idi ki, C.Həsənli bananın qiymətindən danışanda Ə.Kərimli qəfildən gülümsədi.
* * * 16:25
Müxbirimiz xəbər verir ki, hazırda AXCP sədrinin müavini Fuad Qəhrəmanlı çıxış edir.
O da digər Milli Şura üzvləri kimi manatın devalvasiyasından danışır. Yürüdülən iqtisadi siyasətin yanlış olduğunu deyir, mağazalarda qiymətlərin artmasından söz açır.
Milli Şura üzvləri çıxışlarında əsas şüardan kənara çıxaraq hakimiyyəti siyasi repressiyalarda da ittiham edirlər. Meydanda ara-sıra “İstefa” və “Azadlıq” şüarları da səslənir.
Gültəkin Hacıbəyli də tribunadadır. F.Qəhrəmanlıdan sonra Cəmil Həsənlinin çıxış edəcəyi gözlənilir.
* * * 15:47
Mitinqin aparıcısı AXCP sədrinin müavini Əbülfəz Qurbanlı çıxış edəndən sonra sözü öz partiya bossu Əli Kərimliyə verib.
Ə.Kərimli isə hakimiyyəti yanlış iqtisadi siyasət yürütməkdə ittiham edərək deyib ki, “biz bu səhv iqtisadi siyasətin qurbanlarıyıq”.
AXCP sədri manatın kəskin devalvasiyasına etirazını bildirib. Ənənəvi leksikondan istifadə edərək deyib ki, bu aksiya “sırf sosial sifarişin nəticəsidir”.
Halbuki əhalisinin sayı 3 milyona çatan paytaxtın əsas meydanında cəmi bir neçə yüz etirazçı var.
Aksiya dinc məcrada davam edir. Heç bir kənar müdaxilə, “ÇP” qeydə alınmayıb.
* * *15:20
Müxbirlərimiz xəbər verir ki, Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, onun müavinləri Fuad Qəhrəmanlı və Gözəl Bayramlıdan ibarət “möhtəşəm rəyasət” aksiyanın başlamasından 15 dəqiqə sonra meydana gələrək tribunaya qalxıb.
Onlardan başqa heç bir lider gözə dəymir. Mitinqin aparıcısı F.Qəhrəmanlıdır. O, bir neçə yüz tərəfdarın qarşısında çıxış edəcək.
Qeyd edək ki, müsavatçılar bu aksiyaya həvəs göstərməyib.
Müsavat başqanının müavini Elman Fəttah APA-ya deyib ki, hər bir müsavatçı Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqə qatılıb-qatılmamaqda sərbəstdir. Müsavat partiya olaraq aksiyada iştirak etməyəcək:
"Milli Şura mitinqi özü təyin edib və mitinqdə iştirak etmək üçün heç bir partiyaya müraciət etməyib. Ona görə də, mitinqdə iştirakla bağlı heç kimə tapşırıq vermirik, bunu üzvlərin öz öhdəsinə buraxırıq. Kim istəsə, mitinqə qatıla bilər”.
Meydanda etirazçıların sayının az olması müxalifət liderlərini elə karıxdırıb ki, onlar aksiya iştirakçılarından tribunaya yaxınlaşmağı xahiş edirlər.
* * *15:03
Müxalifətçilər meydana toplaşmağa başlayıblar.
Ən maraqlısı da odur ki, onlar meydanda hökumət əleyhinə etiraz ruhlu marşın sədaaları altında toplaşırlar. Bu marşın müəllifi isə hazırda Almaniyaya sığınan Hüseyn Abdullayevdir. Bu da bir təzaddır ki, “Quska” ləqəbli qaçqın-oliqarx-bəstəkar bir vaxtlar qoçu dəstələrinin başçısı kimi həmin bu müxalifətçilərin aksiyalarını dağıdır, onlara divan tuturdu.
* * *14:54
Virtualaz.org saytının müxbirləri aksiyanın keçiriləcəyi “Məhsul” stadionunun ətrafında maraqlı bir mənzərəni müşahidə edirlər.
Belə ki, həmin ərazidə kənd təsərrüfatı məhsullarının satış-yarmarkası təşkil olunub. Orada minlərlə adam alış-verişdəri. Yarmarkaya girib-çıxan paytaxt sakinləri “Bahalığa son” şüarı ilə “silahlanmış” bir neçə yüz adamın bu aksiyasına açıq-aşkar biganəlik göstərir.
Hazırda meydanda o qədər də çox adam yoxdur. Yarmarkada alış-veriş edənlərin sayı etirazçıların sayından dəfələrlə çoxdur.
* * *14:34
Bu gün Bakıda Milli Şura tərəfindən qiymət artımına etiraz aksiyası keçiriləcək.
Mitinq “Talana son!” şüarı altında keçiriləcək. Mitinq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb.
Mitinq saat 15:00-da keçmiş “Məhsul” stadionunda (“İnşaatçılar” metronun yanında) başlayacaq.
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuraya mitinqlə bağlı xəbərdarlıq edib.
İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov razılaşdırılmış mitinqində hər hansı təxribatın baş verməsinə imkan verilməyəcəyini deyib.
“Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cavab verəcəklər”- deyə S.Bağırov xəbərdarlığında qeyd edib.
Mitinqin gedişatı ilə bağlı əlavə məlumat verəcəyik.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024