Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (2-03-2015, 10:13)
Müsavat mitinqlərə başlayacaq

Bahalaşmaya qarşı aksiyalar gündəmə gəlir

 

Fevralın 28-də Bakının mərkəzində, Fəvvarələr meydanında ölkədə manatın ucuzlaşmasından sonra yaranmış süni qiymət artımına qarşı etiraz aksiyası keçirilib. Bir qrup gəncin keçirdiyi aksiyanın iştirakçılarından 10 nəfər polis tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. 
Qeyd edək ki, fevralın 21-də manatın ucuzlaşmasından sonra ölkədə müşahidə olunan bahalaşma ilə bağlı ölkədəki bir sıra siyasi partiyalar etiraz bəyanatları verib hakimiyyəti ciddi önləyici tədbirlər görməyə çağırıblar. 
Fevralın 25-də Milli Strateji Düşüncə Mərkəzi Müsavat Partiyasının qərargahında ölkədəki son böhranla bağlı dinləmələr təşkil etdi. Azərbaycan Demokratiya və Rifah Hərəkatı manatın devalvasiyasına həsr olunan ekspert müzakirəsi keçirdi. Ancaq bəllidir ki, bu tədbirlər daha çox nəzəri xarakter daşıyır. Heç bir müxalifət partiyası və birliyi tərəfindən bəyanatdan o tərəfə addım olmayıb. Müxalifət yaranmış vəziyyətdə kütləvi aksiyalar keçirməyib.  
Bəs, düşərgənin mart ayı üçün kütləvi aksiyalar keçirmək planı varmı?
Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli bildirdi ki, kütləvi aksiyalara start verilməsi istiqamətində müzakirələr Müsavatda yanvar ayından başlayıb. Daha münasib vaxtın seçilməsi istiqamətində təkliflər verilib və aksiyanın mart ayında keçirilməsi nəzərdə tutulur: “Bahalaşma ilə əlaqədar cəmiyyətdə narazılıq çox böyükdür və etiraz aksiyalarına ciddi ehtiyac var. Narazılığın olduğunu göstərən məsələlərdən biri bir qrup gəncin fevralın 28-də mitinq keçirməyə göstərdikləri cəhddir. Yəni hətta siyasi partiyalardan, müxalifətdən kənarda belə, aksiyaların keçirilməsinə cəhdlər edilirsə, bu, mitinqlərə tələbatın olmasını göstərir. Yeri gəlmişkən, mən həmin aksiya vaxtı hadisə yerində olmuşam. Mənimlə bir yerdə başqa müsavatçılar da dəstək üçün ora gəlmişdik. Düzdür, arxasında təşkilatın durmadığı mitinq təşəbbüsləri kütləvi alınmır. Ona görə də gənclər də hər hansı bir aksiya təyin eləyəndə bunu rəsmi qaydada eləsinlər və siyasi təşkilatların da o mitinqə qatılmasını təmin etsinlər. Düzdür, gənclər fərd olaraq hər kəsi dəvət eləmişdilər amma fərdləri dəvət eləməklə yanaşı, həm də təşkilatları da dəvət eləmək lazımdır. Mən Milli Şuranın martın 15-nə təyin elədiyi mitinqi təqdir edirəm. Müsavat Partiyası da bununla bağlı qərarlar verəcək. Cəmiyyət görəcək ki, qiymətlərin daha kəskin artımı mart ayından başlayaraq müşahidə olunacaq. Ona görə də bahalaşmaya, süni qiymət artımına, monopoliyaya qarşı etirazlara ehtiyac var. Müsavat Partiyası bu etirazların önündə olacaq”. 
8 partiyanın daxil olduğu “Azadlıq-2015" seçki blokunun kütləvi aksiyalar məsələsinə münasibətinə gəlincə, blokda təmsil olunan AXP-nin sədri Pənah Hüseyn bildirdi ki, blokda mart ayında kütləvi aksiyalar keçirmək üçün müzakirələr aparılmayıb:”Amma kütləvi aksiyalar keçirmək vətəndaşların konstitusion hüququdur. O baxımdan da biz bu istiqamətdə olan tədbirləri prinsipcə müdafiə edirik. Sosial-iqtisadi məsələlər, siyasi məhbus problemi ilə bağlı keçirilən aksiyalarda bir qayda olaraq partiyaların üzvləri iştirak edirlər".
Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirdi ki, təmsil olunduğu “Qarabağ” blokunda hələ ki, kütləvi aksiyalar keçirmək məsələsi müzakirə olunmayıb.
Müxalifətin digər bir cinahı Milli Şura isə deyildiyi kimi, artıq mitinq qərarı verib. Milli Şuranın Koordinasiya Mərkəzi fevralın 28-də keçirilən iclasında manatın devolvasiyası, ölkədə bahalaşma mövzusunda müzakirələr aparılıb və qərara alınıb ki, 15 mart 2015-ci ildə Milli Şuranın “Talançılığa son” şüarı ilə mitinqi keçirilsin. Mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə rəsmi müraciət göndərilməsi qərara alınıb
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024